"Yalnız buraxılış imtahanlarının nəticələri nəzərə alınmayacaq" - Təhsil Nazirliyi
Bizi izləyin

Elm və təhsil

"Yalnız buraxılış imtahanlarının nəticələri nəzərə alınmayacaq" - Təhsil Nazirliyi

2017-2018-ci tədris ili ərzində məktəblərin reytinq cədvəlləri hazırlanır.

Publika.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.

O bildirib ki, bu istiqamətdə meyarlar hazırlanır: “Reytinq cədvəli ölkənin bütün məktəblərini əhatə edəcək. Əvvəl bu reytinq cədvəllərində əsas göstəricilər kimi məhz buraxılış imtahanlarında məktəblərin məzunlarının göstərdiyi nəticələr nəzərə alınırdı. Reytinqin müəyyən edilməsi üçün bu kifayət deyil. Ona görə də bunun üçün meyarlar, göstəricilər işlənib hazırlanacaq. Həmin göstəricilər təhlil ediləndən sonra reytinq siyahısı hazırlanacaq. Təhsil Nazirliyinin aidiyyatı şöbələri artıq bununla bağlı işlərə başlayıblar”.

Qeyd edək ki, “Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulan tədbirlər sırasında ümumi təhsil müəssisələrinin reytinq cədvəlinin hazırlanması da yer alır. Bu tədbirlər sırasında ümumtəhsil müəssisələrinin son 3 il ərzində buraxılış imtahanı nəticələrinin nəticələrinin nəzərə alınması da yer alır. Yeni qayda yeni tədris ilindən başlayaraq yeni meyarla qiymətləndirmə, eyni zamanda müsbətəyönəlik rəqabətə yol açacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm