Pedaqoji universitet ətrafında qalmaqal - AÇIQLAMA
Bizi izləyin

Elm və təhsil

Pedaqoji universitet ətrafında qalmaqal - AÇIQLAMA

Son günlər mətbuatda Azərbaycan Dövlət Pedaqoji Universitetində kütləvi etiraz dalğasının müşahidə edilməsi, alimlər, qabaqcıl müəllimlər elmi dərəcəsi olmayan və bir saat dərs deməmiş laborantlarla, texniki işçilərlə əvəz olunmaları barədə xəbərlər yayılır.

İddialarda vurğulanır ki, Azərbaycan Müəllimlər İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birləşdirilməsindən, həmçinin Cəfər Cəfərovun bu ali təhsil ocağına rektor təyin olunmasından sonra narazılıqlar səngimir.

Pərvin Cəfərova, Arzu Əliyeva kimi əməkdaşlar ADPU-da keçirilən müsabiqədən sonra iş yerini itirdiklərini və dolayısı ilə prosesin ədalətsiz təşkil edildiyini, Olqa Vəlimedova müsabiqə zamanı üzləşdiyi özbaşnalıqların olduğunu iddia edir.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə əlaqə saxladıq. Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli Publika.az-a açıqlamasında iddiaların həqiqətdən uzaq olduğunu bildirib.

“Həmin müəllimlərin dərsi izlənilib. Öyrədici-texniki mühitin yararsız olmasının bəhanə gətirən Pərvin Cəfərova bununla dediyi dərsdəki çatışmazlıqları ört-basdır etməyə çalışır. Pərvin Cəfərova dərsi lazımi səviyyədə apara bilməyib. Ümumiyyətlə, dərsin mühazirə və ya seminar məşğələsi olması aydın olmadı. Pərvin Cəfərova müsabiqə və apelyasiya müddətində qeyri-obyektivliyə, qərəzli münasibətə yol verildiyini iddia edir. Müsabiqə və apelyasiya müddətində heç bir qeyri-obyektivliyə, qərəzli münasibətə, məkrli idarəçiliyə yol verilməyib. Bütün dərslərin videoçəkilişi var. Fakültə dekanı Şəhla Əliyeva heç kimə təsir göstərməyib. Komissiyanın tərkibinə bu sahənin tanınmış mütəxəssisləri, görkəmli alimlər və fakültənin ən yaxşı müəllimləri daxildir. Onlara təsir və ya təzyiq olunmayıb. P.Cəfərovanın topladığı balın müqabilində birillik müqavilə bağlamaq təklif olunub. O, isə bundan özü imtina edib. Buna görə də onun üçün işinə xitam verilib”.

O.Vəlimedovanın iddialarına gəldikdə, universitetdən bildirilib ki, o, “Eksperimental psixologiya” fənni üzrə dərs keçməli olduğu halda, yalnız psixologiyanın ümumi məsələlərindən danışdığı və dediklərinin böyük bir hissəsinin elmi səhvlərdən ibarət olduğu məlum olub. Eyni zamanda məlum olub ki, metodiki tələblərə dərs prosesində əməl olunmayıb.

M.İbrahimli daha sonra belə deyib:

“Şura üzvlərinin ayrı-ayrılıqda hər birinin 33 bənddən ibarət tələblərə uyğun şəkildə verdikləri ballar ümumiləşdirilərkən Olqa Vəlimedovanın 20,6 bal topladığı məlum olub. O, müsabiqənin nəticəsi barədə apelyasiya şikayəti əsasında video çəkilişə yenidən baxılıb və verilən balların doğruluğu bir daha şura üzvləri tərəfindən təsdiq olunub. Apelyasiya şikayətinə yenidən baxılacağı və onun vaxtı ilə bağlı Olqa Vəlimedovaya əvvəlcədən məlumat verilib və o, bununla əlaqədar narazılığını bildirməyib. Nəticədə 06.05.2017-ci il tarixində apellyasiya təyin olunub. Tədrisin idarə olunması və tədris texnologiyaları mərkəzinin direktor müavini, dosent Ənvər İmanov və kafedranın rəhbərliyi tərəfindən Olqa Vəlimedovaya xəbərdarlıq olunmasına baxmayaraq təkrar baxışda iştirak etməyib. ADPU rektorluğundan müsabiqədən keçməyən müəllimlərlə birillik müqavilə bağlamaq, onların gələcək müsabiqələrdə iştirak etmələrinə şərait yaratmaq xahiş edilib. Olqa Vəlimedova da həmin iclasda iştirak edib, qərarlara hamı ilə birlikdə səs verib. Kafedranın müsabiqədə qalib olmayan digər müəllimləri kimi Olqa Vəlimedovaya da birillik müqavilə bağlamaq və yenidən müsabiqədə iştirak etmək təklif olunub. O, da öz növbəsində bu təkliflə əvvəlcə razılaşıb, amma iki aydan sonra bizə məlum olmayan səbəblərdən bundan imtina edərək şikayət ərizələrində və müxtəlif mediada iş yoldaşlarına, universitetin və fakültənin rəhbərliyinə qarşı qərəzli, qeyri-obyektiv mövqe tutub. Olqa Vəlimedova öz yazılarında əsassız olaraq rektoru və dekanları rüşvətxorluqda ittiham edir. Əgər Olqa Vəlimedovanın əlində belə bir fakt olsaydı, heç şübhə doğurmur ki, onu fikirləşmədən müvafiq orqanlara çoxdan ötürərdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm