Prorektorlar attestasiyadan keçəcəklər
Bizi izləyin

Elm və təhsil

Prorektorlar attestasiyadan keçəcəklər

2018-ci ildə ali təhsil müəssisələrinin prorektorlarının attestasiyası keçiriləcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müvafiq qərar nazirliyin kollegiya iclasında qəbul olunub.

İclasda Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov rəhbərlik etdikləri ali təhsil müəssisələrinin tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələr və maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatla çıxış ediblər. Sonra ali təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətləri ilə bağlı çıxışlar olub, gündəlikdəki məsələlərə dair təkliflər səsləndirilib.

Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında məruzə olunan mövzularla bağlı fikirlərini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm