AMEA-nın ələ keçirilən torpaq sahələri və elmi obyektlər geri alındı
Bizi izləyin

Elm və təhsil

AMEA-nın ələ keçirilən torpaq sahələri və elmi obyektlər geri alındı

“Son 5 ildə AMEA-ya məxsus olan, ancaq etinasızlıq nəticəsində digər təşkilatlar tərəfindən ələ keçirilən çoxlu sayda torpaq sahələri, elmi obyektlər Akademiyanın rəhbərliyi və İşlər İdarəsinin gərgin səyi nəticəsində geri alınıb”.

Bunu AMEA Azad Həmkarlar İttifaqının sədri vəzifəsini icra edən, professor Habil Qurbanov qurumun 5 illik fəaliyyətinə dair hesabatla çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda həmin torpaq sahələri və elmi obyektlərdən AMEA əməkdaşlarının rifahı üçün səmərəli istifadə olunur.

“Buna misal olaraq, Kürdəmir, Ağsu, Xızı rayonlarında olan torpaqlarda buğda, arpa, kartof və digər kənd təsərrüfatı məhsullarının əkilməsini, Abşeron rayonunun Saray qəsəbəsində 35 hektar torpaq sahəsinin qaytarılmasını, Şamaxının Pirqulu qəsəbəsində rəsədxananın həyətində salınmış istirahət mərkəzi, Dendrologiya İnstitutunun “Qonaq Evi”ni, “Elm” istirahət mərkəzini, AMEA-nın “Qonaq Evi”ni və başqalarını göstərmək olar”, - deyə H. Qurbanov qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm