BDU-nun tələbələri Dirçəliş Gününü qeyd edib
Bizi izləyin

Elm və təhsil

BDU-nun tələbələri Dirçəliş Gününü qeyd edib

Bakı Dövlət Universitetinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının əməkdaşları Hüquq fakültəsinin tələbələri ilə Milli Dirçəliş Gününü qeyd ediblər.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimi İradə Məhərrəmovanın təşkilatçılığı ilə keçirilən tədbirdə kafedranın müdiri, dosent Səidə Abbasova və əməkdaşları, dosentlər - Ofelya Piriyeva, Asifə Əliyeva, Samirə Mərdanova, Əliheydər Ağakişiyev və Yeganə Qəhrəmanlı iştirak ediblər.

Aparıcılar Hüquq fakültəsinin 1500-cü qrup tələbələri Vüqar Sadıqlı və Aysel Həsənova tədbir iştirakçılarına bu günün tarixi ilə bağlı geniş məlumat verərək bildiriblər ki, 1988-ci ilin noyabrın 17-də Bakıda, ermənilərin Dağlıq Qarabağ iddiasına və sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin geniş etiraz mitinqləri başlayıb. Xalqın bir yumruq kimi birləşərək milli azadlıq hərəkatına qoşulması onun dirçəlişi yolunda dönüş nöqtəsi olub. O zaman xalq hərəkatı SSRİ-nin daxili qoşunları tərəfindən dağılsa da,1988-ci ilin noyabrından başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoyub.

Tələbələrdən Nərmin Quliyeva və Orxan Quliyev məruzələrlə çıxış edərək bildiriblər ki, sonrakı illərdə öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyi ilə xalqımız ulu öndər Heydər Əliyevin rəhbərliyi altında birləşərək bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirib. Böyük və zəngin tarixə malik olan xalqımız müstəqilliyini bərpa edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm