Elm və təhsil
Bəzi ixtisaslar üzrə keçid balları qaldırıla bilər - RƏSMİ
“Təhsil Nazirliyi 8 ixtisasa bal məhdudiyyəti tətbiq edib”.
Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və
orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev “Ali təhsildən
gözləntilər” adlı seminarda deyib. Şöbə müdiri bildirib ki,
bunlardan 4-ü texniki və texnoloji, 4-ü isə təbiət ixtisasları
qrupuna aiddir. Həmin xtisaslar üzrə minimal keçid balı
250-dir.
Onun sözlərinə görə, gələcəkdə zərurət yarandığı halda bəzi
ixtisaslar üzrə keçid balları qaldırıla bilər.
Y. Piriyev gələcəkdə ali təhsil proqramlarının kolleclərdə
tətbiqinin nəzərdə tutulduğunu qeyd edib: “Hazırda ixtisasların
təsnifatı hazırlanır. Gələcəkdə ali təhsildə olan ixtisasların
təsnifatı kolleclərdə olan ixtisasların təsnifatına transformasiya
edilməlidir. Burada məqsəd bakalavr ali təhsilinə keçidi təmin
etməkdir. Gərək proqramlar elə uzlaşsın ki, orta ixtisas
təhsilindən ali təhsilə keçid olduqda onların qazandıqları
kreditlər ali təhsildə tanınsın və ali təhsildə onların normativ
təhsil müddətləri azalsın”.
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi