35 yaşınadək "elmlər doktoru" alana MÜKAFAT veriləcək - MƏBLƏĞ AÇIQLANDI
Bizi izləyin

Elm və təhsil

35 yaşınadək "elmlər doktoru" alana MÜKAFAT veriləcək - MƏBLƏĞ AÇIQLANDI

"Akademiyanın Rəyasət Heyətinin qərarına əsasən, 35 yaşına kimi "elmlər doktoru" elmi dərəcəsi alan şəxslərə 5000 manat pul mükafat veriləcək”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse - prezidenti, akademik Dilqəm Tağıyev "Müasir elm - gənclərin baxışı ilə" adlı elmi - praktik konfransda deyib. Akademik bildirib ki, Azərbaycanda 140-a qədər elmi müəssisə fəaliyyət göstərir. Onlardan 40-ı Akademiyanın payına düşür.

D.Tağıyev qeyd edib ki, dünyada 7,8 milyon insan elmi-tədqiqatla məşğul olur. Onların sayı son 10 ildə 20% artıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm