“Beynəlxalq Jurnalistika Məktəbi”nə qəbul başladı
Bizi izləyin

Elm və təhsil

“Beynəlxalq Jurnalistika Məktəbi”nə qəbul başladı

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsinə start verilir.

Universitetin mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, layihə çərçivəsində həyata keçiriləcək 10 təlimdə beynəlxalq jurnalistikaya həvəs göstərən tələbələr müxtəlif sahələr üzrə bilik və bacarıqlara yiyələnəcəklər.

Burada beynəlxalq jurnalistika anlayışının mahiyyəti, xarici və yerli informasiya agentlikləri, beynəlxalq jurnalist təşkilatlarının fəaliyyəti, xarici media sistemləri, beynəlxalq təşkilatların media siyasəti, diplomatiya ilə jurnalistikanın qarşılıqlı əlaqələri, qlobal informasiya məkanında informasiya təhlükəsizliyi problemi, informasiya müharibəsi və başqa mövzular üzrə təlimlər keçiriləcək, praktik məşğələlər aparılacaq. Məktəbin dərslərini beynəlxalq jurnalistika sahəsində nəzəri və təcrübi biliklərə malik yerli və xarici təlimçilər aparacaq.

“Beynəlxalq Jurnalistika Məktəbi”nin məzunu olmaq istəyənlər bu linkdən https://docs.google.com/forms/d/e/1FAIpQLSdH73pXWHuQeeSspi_k33EKy9cbGCUsDyewTmIe45i8qjuxrQ/viewformforma doldurub qeydiyyatdan keçə bilərlər. Müraciət üçün son tarix 15 dekabrdır.

Qeyd edək ki, 10 təlimin hamısında iştirak edən məzunlar sertifikata layiq görüləcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm