Lütfi Zadənin davamçısı olan azərbaycanlı alim Rumıniyada fəxri titul aldı - FOTO
Bizi izləyin

Elm və təhsil

Lütfi Zadənin davamçısı olan azərbaycanlı alim Rumıniyada fəxri titul aldı - FOTO

Azərbaycan Texniki Universitetinin professoru, texnika elmləri doktoru Şahnaz Şahbazova dekabr ayında Rumıniyaya səfər edib. Səfər çərçivəsində azərbaycanlı alim, Azərbaycan Texniki Universitetinin professoru, texnika elmləri doktoru Şahnaz Nadir qızı Şahbazova Rumıniyanın Arad şəhərində yerləşən “Aurel Vlaicu” adına Universitetin fəxri professoru tituluna layiq gorülüb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi məlumat yayıb. Sözügedən universitet tərəfindən hər il dünyanın müxtəlif ölkələrindən yalnız 1-2 professor fəxri professor adına layiq görülür. Bu il isə Rumıniyanın Arad Universitetinin bu ali mükafatına Azərbaycan Texniki Universitetinin professoru Ş.Şahbazova layiq görülüb.

Mükafatın təqdim edildiyi tədbirə Arad Universitetinin rektoru, yerli icra hakimiyyətinin nümayəndələri, Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin 3-cü katibi Vüqar Hüseynli və attaşesi Fərid Məmmədov, elmi şuranın üzvləri, müəllim-professor heyəti və ziyalılar qatılıb.

Fəxri professor diplomunu Şahnaz Şahbazovaya Arad Universitetinin rektoru, professor Ramona Lile şəxsən təqdim edib.

Azərbaycanlı alim ingilis dilində öz elmi fəaliyyəti barədə məlumat verib. O, tanınmış azərbaycanlı alim, professor Lütfi Zadədən danışıb, onunla birgə çalışdığını qürurla vurğulayıb. Bundan əlavə Ş.Şahbazova öz elmi istiqamətlərindən - qeyri-səlis çoxluqlar, genetik alqoritmlər, süni intellekt sistemləri və neyron şəbəkəsindən bəhs edib.

Tədbirdə eyni zamanda Rumıniyanın Arad Universiteti ilə həm Azərbaycan Texniki Universiteti, həm də Azərbaycan Mühəndislik Akademiyası arasında əməkdaşlıqla əlaqədar Anlaşma Memorandumu da imzalanıb.

Professor Ş.Şahbazova Arad Universitetinin Elektrik Mühəndisliyi fakültəsində “Təlim Materiallarına Nəzarət Modülunun Funksiyası” mövzulu mühazirə ilə çıxış edib və Rumıniyanın Baş Mühəndislik Assosiasiyası və Arad Universitetinin Mühəndislik fakültəsi tərəfindən “Təhsil və tədqiqatda parlaq və davamlı yüksək standart və dəyərli töhfələrinə görə” mükəmməllik sertifikatı ilə mükafatlandırılıb.

Bundan əlavə Arad şəhərinə səfəri çərçivəsində professor Ş.Şahbazova Rumıniya İdarəetmə Mühəndisliyi və Texniki İnformasiya Cəmiyyəti (RİMTİC)-nin “Təhsil və tədqiqatda parlaq və davamlı yüksək standart və dəyərli töhfələrinə görə” mükəmməllik diplomu ilə də təltif edilib.

Səfəri çərçivəsində “Agora Orada” Universitetində olan Professor Ş.Şahbazova adıçəkilən universitet ilə Azərbaycan Texniki Universitet arasında Anlaşma Memorandumunu imzalanıb. Professor Ş.Şahbazova “Agora Orada” universitetinin “Kompüter Rabitəsi və Nəzarəti” beynəlxalq jurnalında dərc olunan professor Lütfi Ə Zadənin bioqrafiyası haqqında məlumatların tanınması və dəyərli əməkdaşlığına görə ”Mükəmməllik” sertifikatı ilə mükafatlandırılıb. Professor Ş.Şahbazova “Agora Orada” universitetinin fəxri kitabına universitetlə bağlı arzularını da qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm