Almaniyalı professor BDU-da
Bizi izləyin

Elm və təhsil

Almaniyalı professor BDU-da

Almaniyanın Höte adına Frankfurt Universitetinin professoru, HADES təcrübəsinin sədri, professor Joachim Stroth Bakı Dövlət Universitetinin Fizika fakültəsində elmi məruzə edib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, fakültə müəllim və tələbələrinin iştirak etdiyi görüşdə “Adron materiyasının virtual fotonlarla tədqiqi” mövzusunda çıxış edən məruzəçi müasir nüvə fizikasının fundamental problemləri, onların HADES təcrübəsində öyrənilməsi və alınmış nəticələr, elementar proton-proton, eləcə də proton-nüvə və nüvə-nüvə toqquşmalarında alınmış nəticələrin əlaqələri və onların müqayisəli təhlili barədə ətraflı danışıb. Alim “Ağır İonların Elmi Tədqiqatları Mərkəzi”nin gələcək planları və genişləndirilməkdə olan sürətləndirici kompleksindən, FAİR proyektindən bəhs edib.Sonda məruzəçi mövzu haqqında sualları cavablandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm