Elm və təhsil
Belçikada maraqlı araşdırma: Mobil telefon təhsilə zərbə vurur
Texnologiyanın sürətli inkişafı müəyyən sahələrə təkan versə də, təhsil sistemində bir o qədər də yüksək nəticələr vermir. Belə ki, Belçikada Təhsil Nazirliyi ilə birlikdə Antverpen və Gent universitetlərindən olan bir qrup alim imtahan verən tələbələrin nəticələri arasında maraqlı müqayisə aparıblar.
Publika.az xəbər verir ki, Belçikada təhsil zamanı daima smartfondan istifadə edən tələbələrin bilik səviyyələri, mobil telefonlardan daha az istifadə edənlərlə müqayisədə aşağı olub.
Araşdırma zamanı məlum olub ki, müntəzəm olaraq mobil telefonlardan istifadə edən tələbələrin bilik səviyyəsində zəiflik, qəbul imtahanları zamanı kobud şəkildə özünü büruzə verir. Mütəxəssislər qeyd edir ki, tələbə dərs zamanı orta statistik rəqəmlərlə desək, 3-5 dəfə və ya 1 saat ərzində ən az 2 dəfə telefon ilə məşğul olur.
İmtahan nəticələrinə görə, telefonlardan daha az istifadə edən tələbələrin keçid balı minimum 69% təşkil edirsə, smartfon asılılığından əziyyət çəkən tələbələrdə bu göstərici 61% və daha aşağıdır.
Bütün bunlarla yanaşı, mütəxəssislər smartfonların düzgün istifadə olunduğu təqdirdə təhsil sisteminə faydalı ola biləcək xüsusiyyətlərini də vurğulayıblar. Belə ki, tələbələr smartfonların köməyilə lazımı informasiyaları daha tez və daha çox mənbədən əldə edə bilirlər. Texnologiyanın istənilən sahədə insan orqanizminə ziyan vurması qaçınılmaz olduğu kimi, burada da şüalanma nəticəsində, tələbələr arasında görmə zəifliyinin artması qeyd olunur.
Bundan başqa, alimlər cihazların insan yuxusuna mənfi təsiri haqda xəbərdarlıq ediblər.
Könül Cəfərli
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...