10-cu sinif şagirdlərinin ingilis dili bilgisi yoxlanılacaq
Bizi izləyin

Elm və təhsil

10-cu sinif şagirdlərinin ingilis dili bilgisi yoxlanılacaq

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 16-da Respublikanın 39 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsil alan şagirdlər ingilis dili fənni üzrə monitorinq imtahanı keçirəcək.

DİM-dən Publika.az-a verilən məlumata görə, qeyd olunan regionlarda keçiriləcək monitorinq imtahanlarında 170 məktəb əhatə olunacaq. İmtahanda Azərbaycan bölməsi üzrə 5454, rus bölməsi üzrə 392 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanın ilk 1 saat 10 dəqiqəsi sual kitabçasındakı yazı və oxuyub-anlama bacarıqlarının ölçülməsinə aid tapşırıqların yerinə yetirilməsinə, son 20 dəqiqəsi isə dinləmə mətninin səsləndirilməsi və bu mətn üzrə təqdim olunan tapşırıqların cavablandırılmasına ayrılır.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən regionlarda keçirilən kütləvi imtahanlarda şagirdlərin dinləmə bacarıqlarının yoxlanılması ilk dəfə həyata keçirilir. Bunun üçün DİM tərəfindən xüsusi hazırlıq işləri həyata keçirilmiş, lazımi avadanlıqlar – audio qurğular alınmışdır. Dinləmə mətnlərin hazırlanması və səsləndirilməsi işi də Mərkəzin əməkdaşları və bu prosesə cəlb olunmuş mütəxəssislər tərəfindən həyata keçirilib. Monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

Yanvarın 16-da imatahan Babək, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Sumqayıt, Yevlax, Şəki, Zaqatala, Qəbələ, Qax, Oğuz, Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Kürdəmir, Zərdab, Ağdaş, İsmayıllı, Ağsu, İmişli, Beyləqan, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Astara, Masallı, Quba, Xaçmaz, Siyəzən şəhər və rayonlarında ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsil alan şagirdlər üçün keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm