Müəllimlərin işə qəbulunda ilk
Bizi izləyin

Elm və təhsil

Müəllimlərin işə qəbulunda ilk

Təhsil Nazirliyinin SABAH qruplarında 2017-2018-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədris etmək üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu üzrə müsabiqə başa çatıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, əvvəlki illərdən fərqli olaraq bu tədris ilində müsabiqəyə ali təhsil müəssisələrinin müəllimləri, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanlar və sənaye şirkətlərinin mütəxəssisləri cəlb edilib. Mütəxəssislərin tədrisə cəlbi məqsədi ilə müvafiq qurumlara müraciətlər olunub.

Müsabiqəyə 500-dən artıq namizəd müraciət edib və onlardan 200 nəfəri 2-ci mərhələdə iştirak etmək hüququ qazanıb. Seçim zamanı müvafiq sahə üzrə ali təhsil müəssisəsində tədris təcrübəsi olan, fəlsəfə doktoru, elmlər doktoru elmi dərəcələrinə malik və xaricdə ali təhsil almış namizədlərə üstünlük veriləcək. Yekun nəticələr yaxın günlərdə məlum olacaq.

SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə yaradılmış savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır.

SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində formalaşdırılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə 40-dan artıq ixtisas və 2300-dən çox tələbəni əhatə edir, tələbələrə 400-dən artıq professor-müəllim heyəti dərs deyir.

2017-ci ildə SABAH qruplarının ilk məzun buraxılışı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm