"O qədər də kasıb deyilik" - İsa Həbibbəyli
Bizi izləyin

Elm və təhsil

"O qədər də kasıb deyilik" - İsa Həbibbəyli

"Kompüter dilçiliyinin Dilçilik İnstitutunda bir elm kimi formalaşmasını müşahidə edirik. Düzdür, kompüter dilçiliyində bir sıra aktual problemlər qalıb, lakin həlli üçün Akademiya rəhbərliyi tərəfindən konkret tapşırıq verilib".

Publika.az xəbər verir ki, bu sözləri AMEA vitse-prezidenti İsa Həbibbəyli bu gün Dilçilik İnstitutunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

İ.Həbibbəyli bildirib ki, bu gün akademiya institutlarında informasiya texnologiyaları sahəsində müəyyən avadanlıqların çatışmazlığı var:

“İnformaisya Texnologiyalar İnstitutu da akademiyanın digər institutlarına bu problemlərin həllində kömək edir. Akademiyanın prezidenti Akif Əlizadə İnformasiya Texnologiyalar İnstitutuna bu məsələdə bütün institutulara lazımi dəstəyi göstərməyi tapşırıb. Bu iclasdan istifadə edərək İnstitutun direktoru Rasim Əliquliyeva müraciət edirəm ki, akademiya institutlarının bu sahədəki problemlərini araşdırıb bizə məlumat versinlər. Düzdür, akademiyanın böyük imkanları yoxdur, amma o qədər də kasıb deyilik. Bu istiqamətdə hesablamalar aparılsın, ilin birinci yarısında texniki dəstək verməyə hazırıq”.

İ.Həbibbəyli onu da əlavə edib ki, Akademiya bu sahədə yerli mütəxəssislərin xarici ölkələrə ezam edilməsinə də hazırdır:

“Hazırda proqramçılara özəl müəssisələrin verdiyi maaşı, elm müəssisələrinin verə bilməməsi fikri ilə razıyıq. Bu sahədə fəaliyyət göstərən mütəxəssislərin xarici ölkələrdə təhsil almasına, kurs keçməsinə imkanı yaratmağa hazırıq. Sadəcə bu mütəxəssisləri seçin və ölkələri bizə təqdim edin”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm