I, II, IV və V ixtisas qruplarına yeni ixtisaslar əlavə edildi - SİYAHI
Bizi izləyin

Elm və təhsil

I, II, IV və V ixtisas qruplarına yeni ixtisaslar əlavə edildi - SİYAHI

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edib.

Publika.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən edilən dəyişikliklərə görə, qaydaların 1 nömrəli əlavəsində “İxtisas qrupları və ixtisaslar” üzrə I ixtisas qrupu sütununda "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası ləğv edilib.

Əvəzində I ixtisas qrupu sütununa aşağıdakı məzmunda 79-84-cü hissələr əlavə edilib:

79. İnformasiya texnologiyaları

80. Sistem mühəndisliyi

81. Sənaye mühəndisliyi

82. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

83. Şəhərsalma

84. Şərabçılıq.

II ixtisas qrupu sütununa isə aşağıdakı məzmunda 21-ci və 22-ci hissələr əlavə edilib:

21. Davamlı inkişafın idarə edilməsi

22. İdman menecmenti və kommunikasiya

IV ixtisas qrupu sütununa aşağıdakı məzmunda 16-18-ci hissələr əlavə edilib:

16. Bitki mühafizəsi

17. Bağçılıq və tərəvəzçilik

18. Bədən tərbiyəsi və idmanda reabilitasiya

V ixtisas qrupu sütununa aşağıdakı məzmunda 22-ci və 23-cü hissələr əlavə edilib:

22. Məşqçi (idman növü üzrə)

23. Rəqs müəllimliyi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm