Elm və təhsil
ADU-dan ilk: Tələbələr qaçqın məktəblərinə göndəriləcək
Azərbaycan Dillər Universitetində (ADU) 2017-2018-ci tədris ilində bakalavr ali təhsil pilləsində təhsillərini başa vuran tələbələrin pedaqoji və istehsalat təcrübəsinə həsr olunan konfrans keçirilib.
Publika.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tələbələrin ilk dəfə olaraq ölkəmizin müxtəlif rayonlarında yerləşən məcburi köçkün məktəblərində pedaqoji təcrübə keçəcəklərini diqqətə çatdırıb və bu işin həm universitet, həm də məktəblər üçün öz bəhrəsini verəcəyini vurğulayıb.
Rektor rayonlarda tələbə və metodistlərin normal yaşayışı üçün lazım olan hər cür şəraitin yaradılacağını və onların ezamiyyət xərclərinin universitet tərəfindən ödəniləcəyini deyib.
ADU-nun Təcrübə, professional inkişaf və karyera şöbəsinin müdiri, universitet üzrə pedaqoji təcrübənin rəhbəri Məmməd İsmayılov 2018-ci ilin fevral ayının 16-dan başlayan pedaqoji təcrübənin əyani şöbədə 14 həftə, qiyabi şöbədə isə 5 həftə davam edəcəyini bildirib.
Qeyd edək ki, ADU-nun qaçqın və məcburi köçkünlərə dövlət qayğısına öz töhfəsini vermək üçün könüllü şəkildə həyata keçirdiyi bu layihə genişmiqyaslı xarakter daşıyır.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO