Bu uşaqların məktəbə qəbulu daha asan olacaq - Təhsil Nazirliyi
Bizi izləyin

Elm və təhsil

Bu uşaqların məktəbə qəbulu daha asan olacaq - Təhsil Nazirliyi

“Bu il elektron qaydada məktəbə qəbul ediləcək uşaqların 80 faizi məktəbəqədər hazırlıq qruplarına cəlb edilib”.

Publika.az-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.

Onun sözlərinə görə, 3 ildir ki, Bakı şəhərində birinci sinfə qəbul elektron qaydada aparılır: “Bu ildən isə Sumqayıt, Gəncə və Abşeronda da qəbul elektron qaydada aparılacaq. Ötən il 55, bu il 65 faizə yaxın uşaq məktəbə hazırlıq qrupuna cəlb edilib. 2020-ci ilə qədər prosesin 90 faizə çatdırılması gözlənilir. Bu prosesdə iştirak edən uşaqlar avtomatik olaraq məktəbə qəbul prosesində iştirak edə bilirlər. Bu il elektron qaydada məktəbə qəbul aparılacaq şəhərlərdə 16-17 min uşaq birinci sinfə daxil ediləcək. Bu uşaqların 60 faizdən çoxu məktəbəqədər hazırlıq qrupunda iştirak etdiklərinə görə onların məktəbə qəbul prosesi daha rahat olacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm