Övladının rus bölməsində təhsil almasını istəyənlərin nəzərinə
Bizi izləyin

Elm və təhsil

Övladının rus bölməsində təhsil almasını istəyənlərin nəzərinə

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyaların mikroərazisində yaşayan və övladları müsabiqəyə cəlb edilən şəxslər Bakı Şəhər Təhsil İdarəsinə müraciət edə bilərlər. Hər bir müraciət araşdırılacaq və onların qəbulunun müsabiqəsiz həyata keçirilməsi təmin ediləcək”.

Publika.az xəbər verir ki, bununla bağlı Bakı Şəhəri Təhsil İdarəsinin informasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Sektor müdiri deyib ki, yalnız digər ərazilərdə yaşayan valideynlərin uşaqları liseylərə müsabiqə yolu ilə qəbul edilə bilər.

İ.Abdullayeva övladları rus bölməsinə qəbul olunacaq valideynlərin məktəblərdə yer məhdudiyyəti ilə bağlı fikirlərinə də münasibət bildirib:

“Məktəblərdə rus bölmələrinin sayının az olması ilə bağlı fikirlər həqiqəti əks etdirmir. Bu il Bakı şəhərində bəzi məktəblərdə yeni rus bölməsi üçün siniflər açılacaq. Hətta bəzi məktəblərdə rus bölməsində siniflərin sayı Azərbaycan bölməsindən çoxdur. Rus bölməsinə də qəbulda birinci növbədə məktəbin inzibati ərazisində yaşayanlar nəzərə alınacaq. Hər bir sinifdə şagird tutumu məhdudiyyəti var. Ona görə də övladlarının istədikləri məktəbə qəbul olmasını arzulayanlar qısa zamanda qeydiyyatdan keçməlidirlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm