Elm və təhsil
Bu gün magistraturaya qəbul imtahanı keçirilir
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirir.
Mərkəzdən Publika.az-a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan binasında aparılır.
İmtahanda iştirak üçün 12387 bakalavr ərizə təqdim edib. Onlardan 11205 nəfəri Azərbaycan bölməsi, 1182 nəfəri rus bölməsi üzrə imtahan verir. Ərizə verənlərin 5321 nəfəri oğlan, 7066 nəfəri isə qızlardır. Bakalavrlardan 6833-ü cari ilin, 5554-ü isə əvvəlki illərin məzunlarıdır, 31 nəfər xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakı şəhərində 32, Gəncə şəhərində 3, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərinin hər birində bir binada təşkil olunur.
Bakıda 10705, Naxçıvanda 339, Gəncədə 838, Mingəçevirdə 292, Lənkəranda 213 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 123 imtahan rəhbəri, 1153 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanda iştirak üçün ərizə təqdim etmiş ən yaşlı bakalavr 1961-ci il ildəndir.
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT