Universitetin rektoru Xocalı faciəsinin TARİXİNİ BİLMƏDİ - BİABIRÇILIQ - - FOTOLAR
Bizi izləyin

Elm və təhsil

Universitetin rektoru Xocalı faciəsinin TARİXİNİ BİLMƏDİ - BİABIRÇILIQ - - FOTOLAR

Azərbaycan Universitetinin Xocalı soyqırımı ilə bağlı keçirdiyi mərasimdə rektor Səadət Əliyevanın çıxışında ciddi yanlış nədənsə nəzərlərdən yayınıb.

Publika.az xəbər verir ki, fevralın 23-də Azərbaycan Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdən hazırlanan və universitetin rəsmi saytında da yerləşdirilən məlumatda utancverici səhvə yol verilib. Rektor Səadət Əliyeva bildirib ki, 1992-ci il yanvarın 26-dan 27-nə keçən gecə Xocalıda törədilən keçən əsrin ən dəhşətli faciəsi...

Rektorun ay, həmçinin gün səhvi etməsi və bu dəhşətli soyqırımı tarixi ilə bağlı yanlışlığı aradan qaldırıla bilərdi. Ən azı məlumat yayılandan sonra rektor özü və yaxud universitetin aidiyyəti qurumu düzəlişə cəhd etsə, problem də olmaz və bunu hallandırmağa ehtiyac qalmazdı. Məsələ burasındadır ki, aradan 2 gün vaxt ötməsinə baxmayaraq, sözügedən məlumatdakı ciddi səhv heç kəsi narahat etmir. Bu isə iki məntiqi nəticə doğurur: ya Səadət Əliyeva da daxil olmaqla, onlar Xocalı faciəsinin nə vaxt törədildiyini bilmir, ya da bu tədbir, məlumat, mərasim onlar üçün "öhdəlikdir", məcburi keçiriblər və başdan elədikləri mərasimin necə işıqlandırıldığı onların eyninə də deyil. Rektor o qədər biganədir ki, rəsmi saytında dərc edilən mətndəki kobud səhvini oxumur, görmür, bilmir.

Ən dəhşətlisi budur ki, rəsmi agentliklər də sözügedən xəbərə düzəliş etmədən olduğu kimi ictimaiyyətə təqdim edib.

Bu məlumatın bir neçə rəsmi mənbədə bu qədər yanlış dərcinin nəticəsi nədir? Tutaq ki, axtarış proqramı ilə Xocalı soyqırımı barədə məlumat öyrənmək istəyən bir əcnəbinin qarşısına bu informasiya çıxarsa, necə olar?

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Qarabağ, o cümlədən Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında yürütdüyü siyasət hər bir Azərbaycan vətəndaşına bəllidir.

Hər bir Azərbaycan vətəndaşı Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında öz töhfəsini verməyə borcludur.

Lakin əvvəlcə tariximizi öyrənək. Tariximizi öyrənək, biganə olmayaq ki, başqalarına da həqiqəti çatdıra bilək. Əks halda, bu kimi kobud yanlışlığa yol verib, biabır olmayaq! (axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm