Elm və təhsil
50-dən çox ölkədə konserti keçirilən azərbaycanlı - "Rusiya ulduzları"nın lideri Adilə Əliyeva
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Fransada yaşayan azərbaycanlı pianoçu Adilə Əliyeva haqqında məqalə yaradılıb.
Publika.az-a daxil olan məlumata görə, MEK-in Şəms Tərcümə Xidmətləri Mərkəzi ilə əməkdaşlığı çərçivəsində məqalə fransız dilinə çevrilərək Vikipediyada yerləşdirilib.
Məqalədə qeyd olunur ki, Bakı şəhərində anadan olan Adilə Əliyevanın ilk çıxışı 7 yaşında Leo Qinzburqun dirijorluğu altında keçib. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirəndən sonra təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirən A.Əliyeva oranı qırmızı diplomla bitirib və aspiranturaya daxil olub. A.Əliyeva 25 ilə yaxındır ki, Fransanın Annamesse şəhərində yaşayır.
Onun 50-dən çox ölkədə - əksər Avropa və Amerika şəhərlərində, o cümlədən Vatikanda konsertləri təşkil edilib. Dünyanın bir sıra məşhur səsyazma studiyalarında 30-dan artıq kompakt diski yazılan tanınmış pianoçu barəsində radio və televiziyada 200-dən çox xəbər verilib, veriliş çəkilib. Moskva Konservatoriyasındakı professor və solistləri bir araya gətirən "Rusiya ulduzları"nın lideri olan A.Əliyeva Moskvada Raxmaninov konsertlərinin ən yaxşı ifaçısı müsabiqəsinin, Beynəlxalq VILLA-LOBOS və Zaqafqaziya müsabiqələrinin laureatı olub. 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru kimi fəaliyyət göstərən pianoçu Azərbaycan musiqisinin dünyada tanınması istiqamətində də böyük işlər görüb.
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir