• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Prezidentin arvadına gəlinlik tikən homoseksual - FOTOLAR

Prezidentin arvadına gəlinlik tikən homoseksual - FOTOLAR

O kifayət qədər bahalı brenddir. Elektrik lampası satıcısının oğlu tərəfindən yaradılıb, dünyanın ən məşhur qadınlarının, birinci ledilərinin məhəbbətini qazanıb. Söhbət “Valentino”dan gedir.

Publika.Az “Brendlərin tarixi” layihəsi çərçivəsində “Valentino” brendinin necə yaranmasını təqdim edir.

Elektrik lampası satıcısını oğlu

“Valentino” 1932-ci ilin 11 mayında İtaliyanın Voqera şəhərində anadan olan Valentino Qaravani tərəfindən yaradılıb. Tam adı Valentino Klemente Ludoviko Qaravani olan bu şəxsin valideynləri Tereza de Biydji və Mauro Qaravani elektik lampaları satıcısı olub. Qaravanilər Voqerada yaşayan digər italiyan ailələrindən heç nə ilə fərqlənməyiblər. Yəni əsil katolik kimi kilsəyə gediblər, övladlarını ibadətə öyrədiblər.

Dəftərdə qadın geyim eskizləri

Sakit, ciddi Valentino kiçik yaşlarından rəsm çəkməyi sevirmiş. Əsas qəhrəmanları isə rənglər, ağaclar, insanlarmış. Onun bu hobbisi getdikcə vərdişə çevrilir. Məktəb dəftərlərində paltarların eskizini çəkməyə başlayır. Yeri gəlmişkən çox sonradan dizayner etiraf edir ki, uşaq yaşlarından lüks əşyalara, zənginliyə qarşı ehtirası var idi. Modelyer olmaq qərarına isə “Ziqfildin qızları” (1941) filmini seyr etdikdən sonra gəlir: “13 yaşında gənc oğlan kimi bir arzum var idi qadın üçün gözəlliyi yaratmaq”.

Həkim, hüquqşünas, yoxsa dizayner?

Valentino təhsil aldığı müddətdə boş vaxtlarında dərzi Ernestini Salvadeonun yanında işləyir. Hardakı ki, xalası da işləyirdi. Ailəsi onun həkim və ya hüquqşünas olmasını istəsə də Valentino modaya marağını açıq şəkildə bildirir. Maddi vəziyyətlərinin çətin olmasına baxmayaraq atası onun İtaliyan moda məktəbində təhsilinin xərclərini qarşılamağa razılaşır. Amma Valentino uçun bu az idi. O yüksək moda ilə məşğul olmaq və Parisə getmək istəyirdi. Odur ki, fransız dilini, dəbin növlərini öyrənir . Atasının maddi dəstəyi ilə 1949-cu ildə Parisə yola düşür. Ecole des Beaux Arts və Chambre Syndicale de la Couture Parisienne məktəblərində təhsil alır. Oxuduğu 8 il müddətində öyrəndikləri gələcək uğurlarının təməli olur. Məktəbi bitirdikdən sonra Qaravani assisent işləmək arzusu ilə ”Balenciaga” moda evinə müraciət edir. Lakin rədd cavabı alır. Jana Desse onun istedadının fərqinə varır və birlikdə işləməyə dəvət edir. Valentino bu moda evində 5 il işləyir. Qalmaqalla işdən azad edildilməsinin ardından növbəti 2 ilini “Guy Laroche” moda evində xərcləyir.

“Kişi yanında oğlana bənzəyən qadın görmək istəmir “

1959-cu ildə İtaliyaya qayıdır. Həmin vaxt artıq gənc dizayner haqqında məşhur moda jurnallarında məqalələr yer alırdı. Qaravani Romada Via Condotti 11 –də özünün ilk atelyesini açır. Bir neçə aydan sonra təqdimat təşkil edir. Geyimləri nümayiş etdirməyə Fransadan modellər dəvət edir. V.Qaravaninin hazırladığı modellər zərifliyi ilə diqqətləri çəkməyi bacarır. Belə ki, dizayner bahalı parçalardan istifadə edərək, paltarları əl işi ilə dekor edirdi. Geyimlər Paris şıxlığı ilə bərabər italiyan madonnasının sirli seksuallığını əks etdirirdi. Dizaynerin özü isə kolleksiyası haqqında belə deyirdi: “Hesab etmirəm hər hansı kişi yanında oqlana bənzəyən qadın görməkdən xoşlanır”.

“Valentino” brendini rəsmiləşdirir

1960-cı ildə Qaravino Valentino brendini qeydiyyatdan keçirir.Brendin ilk alıcıları Elizabet Teylor, Mariya-Xelena de Rotşild olur. “Mən təkcə paltar eskizi çəkməyi deyil, ev də dekor etməyi bacarıram. Amma biznesdən heç nə anlamıram” deyən Valentino uğurlarına baxmayaraq iflasın astanasına gəlir. Onu 1960-cı ildə İtaliyadakı fransız kafesində tanış olduğu tələbə Cankarlo Cammeti xilas edir. Həmin tanışlıqdan bir neçə ay sonra memarlıq üzrə təhsil alan Cankarlo universiteti yarımçıq buraxır və Valentinonun iş ortağına çevrilir.Vəziyyətlə tanışlıqdan sonra kolleksiyaların hazırlanmasındakı yüksək xərcləmələr səbəbindən Qaravanini biznesinin çökdüyünü aşkarlayır. Məhz onun sayəsində moda evi vəziyyətdən çıxır.

Uğur

1963-cü ildə Jaklin Kennedi əri Con Kennedinin yasında geyinmək uçun Valentinoya 6 qara geyim sifariş verir. Bu zaman artıq Cankarlo brendi kasıb vəziyyətdən çıxarmağa müvəffəq olur.Valentino isə öz növbəsində əsrarəngiz kolleksiyalar yaradırdı. Onun “Gotha” adlı kolleksiyasında olan qırmızı geyimlər brendin vizit kartına çevrilir. Vəziyyətdən razı qalan dizayner 1965-ci ildə Milanda ikinci otelyesini açır. 1968-ci ildə məşhur “Collezione Bianca” kolleksiyasının təqdimatını keçirir. Bu kolleksiyada ağ, açıq sarı, təbaşir, bej tonları əksini tapır. Bütün paltarların üzərinə isə əl ilə “V” işlənir. Hansı ki sonradan bu, Valentino moda evinin loqotipinə çevrilir. Həmin ildə Jaklin Kennedi öz nigah mərasimi üçün də Valentinoya müraciət edir. “Collezione Bianca” kolleksiyasından paltar sifariş verir. Bütün moda jurnallarının oblojkasını bəzəyən gəlinin geyimi Valentinoya dünya şöhrəti gətirir. 1969-cu ildə Valentino brendin kişi xəttini istehsal edir. 1970-ci ildə isə aksessuar xəttini yaradır..1971-ci ildə isə Qaravani “Trans World Airlines”ın (TWA) stüardessalarına uniformalar tikir. 1975-ci ildə Paris moda həftəsində Ready-to-Wear kolleksiyasının nümayişinə başlayır. 1978-ci ildə ilk ətirinin “Valentino”nun təqdimatını keçirir. 1983-cü ildə “Lincoln Continental” avtomobilinin dizaynı üzərində işləyir. 1988-c ildə Los-Ancelesdə 20th Century Fox qadın kolleksiyasının təqdimatını keçirir. 1989-cu ildə Yüksək Moda Həftəsində özünün ilk kolleksiyasını – “Haute Сouture” ni təqdim edir.Gösətrilən tarixdə həmçinin Qaravani Romada Accademia Valentino akademiyasını yaradır. 1991-ci ildə modelyer karyerasının 30 illiyini qeyd edir. 2003-cü ildə isə gənc təbəqə üçün “RED Valentino” geyim xəttini buraxır. Moda evi həmçinin “Sector Group” un lisenziyası ilə ilk “Valentino Timeless” saatlarını dizayn edir.

Valentinonun ərə verdiyi məşhurlar

Bu arada qeyd edək ki, modelyerin dizayn etdiyi gəlinliklərdə təkcə Jaklin Kennedi ərə getməyib. Elizabet Teylor, Kortni Koks, Cenifer Lopez də onun kolleksiyasından gəlinlik geyiniblər. Ümumiyyətlə, “Valentino”nun tanınmasına Elizabet Teylorun rolu böyükdür.

Şirkətin satışı

1998-ci ildə Valentino Qaravani və Cankarlo Cammeti italiyalı “Partecipazioni Industriali” şirkəti Valentinonun moda imperiyasını ələ keçirir. Bu satış müqaviləsinin dəyəri 211 miylon funt sterlinq təşkil edir. 2002-ci ildə Milan tekstli şirkəti “Marzotto Group” 180 milyon dollar illlik gəliri olan “Valentino Fashion Group S.p.A”-nı “Partecipazioni Industriali” dan 210 milyon dollara satın alır. Valentino yenə də moda evinin bədii direktoru kimi qalır. 2007-c ildə Valentino Parisdə planlaşdırdığı təqdimatdan sonra moda dünyasından gedəcəyini bəyan edir. O özünün son qadın kolleksiyasını – “Ready-to-wear” nı təqdim edir və sentabrın 4-də “Valentino”dan gedir. Yeri gəlmişkən, elə həmin ildə “Valentino Fashion Group S.p.A”nın sahibi “Permira” şirkəti olur. Hazırda isə “Valentino Fashion Group SpA” “Mayhoola for Investments S.P.C.” adlı Qətər şirkətinə məxsusdur.

Moda evinin Qaravanidən sonrakı taleyi

Valentinonun gedişindən sonra qadın xəttinin bədii direktoru Alessandra Fakkinetti olur.Bir neçə ay sonra o dizayner postundan uzaqlaşdırılır. 2013-cü ildə brendin bədii direktoru Mariya Qarsiya Kyuri və Pier Paolo Piççoli təyin edilir. Dizaynerlər “Ready-to-Wear” və “Haute Couture” adlı kişi və qadın kolleksiyasını hazırlayırlar.

Homoseksual dizayner sevgiyə inanmır

Brendin yaradıcısı Valentino Qaravari homoseksualdı. Uzun illərdir ortağı Cankarlo ilə eşq yaşayır. Bu arada Cankarlo onun ilk “boyfrendi” deyil. Dizayner ondan əvvəl fransalı zədagan Nanti Jeraldo ilə görüşürdü. Jeraldo hətta 1959-cu ildə Valentino ilə birlikdə Romaya da gələrək atelye açmaqda ona komək edib. Cankarloyla dizaynerin tanışlığı fransız kafesində baş tutub. Onlar 12 il münasibətlərini gizli saxlayıblar. Hətta Valentinonun anası Tereza belə oğlunun “boyfrend”indən xəbərsiz olub. Çünki Valentino ona italiyalı aktrisa Mrilu Tolo ilə görüşdüyünü deyib.Söylənənlərə görə, Tolo dizaynerin aşiq olduğu yeganə qadın olub. Valentino hətta ondan uşaq belə arzulayıb.

Cankarloya gəlincə, Qaravani partnyoru haqqında belə deyir: “O hər gün ünsiyyətdə olduğum yeganə vacib insandır. Məhəbbətə inanmıram. Ondan qorunmaq üçün həmişə fərqli otaqda yatıram. Ümumiyyətlə Cankarlo ilə həmişə ayrı çarpayılarda yatmışıq”.

Lampa satıcsının oğlu Versal sarayına qonşuluqda yaşayır

Valentinonun Roma, London, Nyu-York, Kapri, Qştadedə əmlakı var. Bundan əlavə dizayner 1998-ci ildə özünə Versala qonşuluqda malikanə alıb. Malikanə 13-cü Ludovikin maliyyə naziri tərəfindən 17-ci əsirdə tikilib. Sonradan krala hədiyyə edilib. Valentinonun əmlakı bununla bitmir. O 48 metrlik yaxtaya və təyarəyə sahibdir. Dizaynerin kolleksiyasına Meysen və Rusiya istehsallı çini, 19-cu əsrə aid rus mebeli daxildir. Qaravaniyə həmçinin Pablo Pikkaso, Marka Şaqala, Anri Matissa, Endi Uorxola, Frensis Bekondan rəsm əsərələrinə sahibdir.

Valentinonun qardirobu

Dizaynerin qardirobuna gəlincə, o, ayaqqabını “John Lobb” və “Berluti”dən geyinir.” Caraceni”dən 300 kastyuma sahibdir. Geyimləri arasında “Ralph Lauren” də üstünlük təşkil edir.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR