Napoleonun məktubu fantastik qiymətə satıldı
Bizi izləyin

Brendlərin tarixi

Napoleonun məktubu fantastik qiymətə satıldı

Fransa imperatoru Napoleon Bonapartın ingilis dilində qələmə aldığı məktub Parisin cənubundakı "Fontainebleau"da təşkil edilən hərracda 405 min dollara satılıb.

Publika.Az-ın məlumatına görə, hərracı təşkil edən Osenat Hərrac Evi bildirib ki, məktuba gözlənilən qiymətdən beş qat artığına alıcı tapılıb. Napaleonun 1816-cı ildə ingilis dili müəlliminə yoxlaması üçün göndərdiyi ev tapşırığında imperatorluğun qartal fiqurlu bal mumu möhürü əks olunub. Osenat Hərrac Evi hərracda satılan mətnin Napoleonun yazdığı 3 ingiliscə məktubdan biri olduğunu bildirib.

Xatırladaq ki, 1815-ci il iyun ayında "Waterloo" döyüşündə ingilislərə məğlub olan Napoleon Cənubi Atlantikadaki Sainte-Helene adasına sürgünə göndərilib. 1815-ci il avqust və oktyabr ayları arasında ingilis gəmisində düşmənlərinin dilini öyrənməyə and içən Napoleon Fransız inqilabında Londona yerləşən və ingiliscəni yaxşı bilən Las Kasesdən ilk dərslərini almağa başlayıb.

Las Kases 1823-cü ildə nümayiş olunan Sainte-Helen xatirələrində, 1821-ci ilin may ayında 51 yaşında adada ölən Napoleonun ingilis dilini oxuya bilməməkdən utandığını və ingilis dili dərslərinə 1816-cı ilin yanvar ayında daha da ciddi yanaşdığını bildirib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm