Dünyanın ən qəribə ölkəsi - Şimali Koreyadan reportaj
Bizi izləyin

Brendlərin tarixi

Dünyanın ən qəribə ölkəsi - Şimali Koreyadan reportaj

Maykl Ceksonu sevən koreyalılar onun öldüyünü yeni eşidirlər

Dünyadan tamamilə təcrid olunmuş şəkildə yaşayan Şimali Koreyadan hər dəfə maraqlı xəbərlər gəlir.

Publika.Az-ın məlumatına görə, İngiltərənin "The Sun" qəzetinin iki əməkdaşı Şimali Koreyadan maraqlı reportaj hazırlayıb.

Aleks Pik və Simon Cons adlı iki jurnalist İngiltərə turizm firması "Lupine Travel"in Çin bürosundan viza alaraq Şimali Koreyaya gedə biliblər.

Saxta iş ünvanları və telefonlarla firmanı aldadan jurnalistlər Çin sərhədi vasitəsilə ölkəyə keçiblər.

Həmin reportajı qısa ixtisarla təqdim edirik.

"Sərhəddə yerləşən Sinuiju qəsəbəsindəki 6 mərtəbəli binalar olduqca möhtəşəm görünür. Ancaq içərisində heç kim yaşamır. Bu binaların pəncərələri belə yoxdur. Sadəcə Şimali Koreyanın varlı olduğu görüntüsü yaratmaq üçün tikiliblər.

Sərhədçilər sərhədi keçmək istəyənləri vurmaq hüququna malikdirlər.

Qəsəbədə yaşayanların hamısı keçmiş liderləri Kim Yonq İlin şəkli olduğu medalyonlar taxır. Heç kimin üzünün gülmədiyi qəsəbədə insanlar yerə baxaraq gəzirlər".

Qatarla 6 saatlıq yoldan sonra paytaxt Pxenyana çatan jurnalistlər buradakı 47 mərtəbəli oteldə yerləşiblər.

"Bu otel yalnız turistlər üçün ayrılmış iki oteldən biridir. Oteldə olan 6 liftin heç biri 5-ci mərtəbədə dayanmır. Çünki bu mərtəbədə işçilər yaşayır.

5-ci mərtəbədən başqa bütün mərtəbələrdə televizor olsa da, yalnız rejim təbliğatını aparan görüntülər yayımlanır.

Ölkədə yayımlanmasına icazə verilən yalnız 3 Hollivud filmi var – "Sevincli günlər", "Evdə tək" və "Titanik".

Qərb adətlərinə qarşı olmasına baxmayaraq Şimali Koreyada hamburqer və pizza restoranları var. "Gənclik" restoranı turistlərin ən çox müraciət etdiyi restoranlardandır.

Şəhərdəki böyük kitabxanada isə nə az nə çox, düz 25 milyon kitab var. Bu məlumat doğrudursa, bura dünyanın ən böyük kitabxanası hesab oluna bilər.

Şimali koreyalılar "Bitlz" qrupunun mahnılarını xoşlasalar da, qrupun üzvü Con Lennonu tanımırlar".

Maykl Ceksonu da sevən koreyalılar jurnalistlərdən onun öldüyünü eşidəndə çox təəccübləniblər.

"Pxenyandakı metronun 17 stansiyası var. Amma qatar sadəcə 3 stansiyada dayanır. Ən maraqlısı odur ki, bu metroya heç kim minmir. Metroya minənlər əvvəlcədən tutulan aktyor və aktrisalardır. Əsas məqsəd isə turistləri aldatmaqdır.

24 milyon əhalisi olan Şimali Koreyanın paytaxtında işıqlar saat 23:00-da sönür. Yalnız ölkə liderlərinin heykəlləri işıqlandırılır. Şəhərin küçələrində gəzən mavi rəngli avtobuslardakı xüsusi adamlar isə bütün günü meqafonlar vasitəsilə "daha çox işlə" deyə bağırır".

Jurnalistləri ən çox narahat edən hadisə isə heyvanlara göstərilən münasibət olub. Turistlər üçün təşkil olunan sirkdə meymunlar və ayılar təkərli konki ilə şou göstərir, ipin üstündən tullanır, basketbol oynayır.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm