• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İki məşhur homoseksualı uşaq arzusu ayırdı - FOTOLAR

İki məşhur homoseksualı uşaq arzusu ayırdı - FOTOLAR

Onlar həm həyat, həm iş ortağı idilər. Milanda bir atelyedə assistent işləyərkən tanış olur və 1985-ci ildə soyadlarından ibarət məşhur brendin əsasını qoyurlar. O ildən bu tərəfə müvəffəqiyyətin nəbzini tutmağı bacaran brend dünya modasına fərqli nəfəs gətirir.

Publika.Az “Brendlərin tarixi” layihəsi çərçivəsində Domenico Dolce və Stefano Qabbanninin soyadından doğan “Dolce & Gabbana” brendinin necə yaranmasını təqdim edir:

Domenico Dolce - Yaxınları onu Mosart çağırırdılar

Başlayaq Domenico Dolcedən. Elə də hündür boylu olmayan, astagəl, yaşıl gözləri daim gülən Domenico 1958-ci ilin avqustun 13-də Siciliyada anadan olub. Atası tikiş fabrikinin idarəçisi, anası isə alt paltarı dükanının admnistratoru imiş. Ailə çox ciddi italyan adət-ənənələri ilə idarə olunurmuş. Yəni ailədə əsas söz sahibi evin kişisiymiş. Elə də əzizlənməyən, tez-tez geyim alınmayan Domeniko uşaq yaşlarından əməyə öyrəşdirilir. 6 yaşında atelyedə atasına kömək etməyə başlayır. Biçməyi və tikməyi yaxşı öyrənir. Hətta ən çətin tikiş olan kişi pencəyinin qolunu gözü yumulu tikəcək qədər peşəkarlaşır. Nəticədə yaxınları onu Mosart deyə çağırırlar. Çünki Mosart musiqidə necə dahi idisə, Domeniko da tikişdə elə dahi idi. Beləcə Dominko böyüyür.

Ənənəyə görə, artıq atasının ailəvi biznesinə qoşulmalı olsa da başqa addım atır. Məktəbi bitirdikdən sonra universitetə qəbul olunur. Bir ildən sonra universiteti yarımçıq buraxıb rəsssamlıq məktəbinə daxil olur. Təhsini birtirib Milana üz tutur. Və burda atelyelərin birində asistent işləməyə başlayır. Hansı ki orada özü kimi asistent işləyən, gələcək ortağı Stefano Qabbana ilə qarşılaşır.

Stefano Qabbana

Qəhvəyi gözlü, arıq, hündür, çox danışan Stefano Qabbana 1962-ci ilin noyabrında Milanda anadan olub. Siciliyadan fərqli olaraq burda sərt qaydalar hökm sürmədiyindən yarımçıq ailədə böyüyüb. Belə ki, Stefano Milanın ən varlı stilistinin nigahdan kənar oğlu idi. Heç bir maddi problem yaşamayan Stefano kiçik yaşlarından geyimə maraq göstərib. Hər sezonun əvvəlində özünə “Fioruççi” firmasına aid dəbli pal-paltar alırmış. Bir zaman dəb yaradacağını xəyal belə etmədən: “Ağlıma belə gəlməzdi ki, geyim istehsal etmək şəxsi biznesim olacaq”.

Stefanonun bir hobbisi də varmış - rəsm çəkmək. Sözün hərfi mənasında əlində qələm böyüyən gələcəyin modelyeri Milanda qrafik, incəsənət və dizayn kollecində qrafik sənətini öyənir. Elə orada qrafik rəssamı kimi işləməyə başlayır. Kolleci kreativ direktor ixtisası üzrə bitirir. Amma bu ixtisas üzrə bir gün də işləmir. Çünki gənc adamı digər imkanlar cəlb edirdi. Beləliklə o atelyedə assistent kimi işləməyə başlayır.

Dolce & Gabbana

Artıq bildirdiyimiz kimi gələcəyin məşhur dizaynerləri Milan atelyelərinin birində qarşılaşırlar. Hardakı hər ikisi assistent işləməyə başlayır. Fərqli adət-ənənələrdə, mühitdə böyümələrinə baxmayaraq bir-birində ortaq çox şey tapırlar. Məsələn, aydınlaşdırırlar ki, hər ikisi barokkoya məhəbbət bəsləyir. 1982-ci ildə Stefanonun hərbi xidmətdən dönməsinin ardınca ortaqlar Milanın mərkəzində kiçik studiya açırlar. Özlərinin ilk kolleksiyalarını istehsal edirlər. Düzdür, bu zaman bəzi maliyyə çətinlikləri yaşayırlar. Belə ki, ilk kolleksiyalarının təqdimatı standart şəraitdə keçmir, Milan kafelərindən birində reallaşır. 1985-ci ildə gənclər Milano Collezionidə iştirak dəvəti alırlar. Onların kolleksiyasının təqdimatı uğur qazanır. Modellər əsl, gözəl, güclü, lakin ideal olmayan qadın geyimlərini nümayiş etdirirlər. Elə həmin il “Dolce & Gabbana” moda evini yaradırlar. 1986-cı ildə Dolce və Qabbana öz kolleksiyalarını Real Woman şousunda nümayiş etdirirlər. 1987-ci ildə onların ilk dəfə trikotaj kolleksiyası, 1989-cu ildə geniş publika qarşısında çimərlik və alt geyimləri göstərilir. 1990-cı ildə ilk kişi geyim kolleksiyasını hazırlayırlar. 1992-ci ildə isə markanın ətrini “Dolce & Gabbana Parfum”-unu yaradırlar.

Ortaqların kolleksiyaları o qədər bəyənilir ki, artıq dünya ulduzları onların müştərilərinə çevrilirlər. Bu sıraya idmançıları da qatmaq olar. 2006-cı ildən D&G moda evi İtaliya yığma futbol komandasını geyindirir.

Məhkəmə işi

2009-cu ildə İtaliya hökumət orqanları Domenico Dolce və Stefano Gabbanaya qarşı vergi qaçaqçılığı iddiası qaldırır. İddiaya görə, ikili 2004-2006-cı ildə Lüksemburqda bir şirkət quraraq Dolce&Gabbana və alt markalarını bu şirkətə satıb, beləcə İtaliyadakı yüksək vergilərdən xilas olublar. Beləliklə 1 milyard avronu vergidən yayındırmağı bacarıblar. 2011-ci ildə məhkəmə dizaynerlərin günahsız olduqlarını bildirsə də Apelyasiya məhkəməsi qərarı ləğv edir. Milanoda Dolce və Gabbana ilə 6 şirkət idarəçisi haqqında yenidən iddia açılır. 2013-cü ildə məhkəmə onları günahkar bilir. Hər iki modelyer haqqında 1 il səkkiz ay azadlıqdan məhrum etmə cəzası və 500 min avro cərimə ödəmək qərarı çıxarılır. Daha sonra bu cəza ev dustağı və ictimai işlə əvəz olunur.

Qadın bədənini çox yaxşı tanıyır

“Dolce & Gabbana” əsrarəngiz markadır. Qadın bədənini çox yaxşı tanıyır. Bəzən limitləri zorlayır. Amma marka hər zaman seksual və feminen xəttini qoruyur. İstər Dolce, istərsə də Qabbana azad, özünə güvənən və güclü qadın bədən qurluşunun müdafiəçiləridir. Qadınları necə təyin etdikləri, necə gördükləri dizaynlarında əks olunur. Təcrübəli, seksual, hörmətli qadın imicini yaradarkən, təbii gözəlliyə də vurğular edirlər. Əslində iki çox qabiliyyətli imzanın ortaq işiylə yaradılan “Dolce & Gabbana” dünya modasına fərqli nəfəs gətirib. Hətta çox sayda marka, “Dolce & Gabbana"nın on ildə qazandığı məşhurluğu əsrlər boyunca çətinliklə qazanıb.

Milyoner kimi “Forbes”-də

İki assistentin yaratdığı, böyük bir şirkətə çevirdiyi “Dolce & Gabbana”da hazırda iki mərkəzi xətt var. Dolce&Gabbana xətti elit geyim və aksesuar istehsal edir.

D&G xətti isə modanı izləyir, lakin əməl etmir. Daha çox şəhər stilinə üstünlük verən D&G-nın kişi kolleksiyası 1994-cü ildə, qadın kolleksiyası isə elə həmin ilin aprelində təqdim olunub. “DC Shoes” da “Dolce & Gabbana”nın brendlərindən biridir.1993-cü ildə təsis olunub. 2004-cü ildə Quiksilverə 87 milyon dollar satılıb.

“Dolce & Gabbana” 2009-cu ildə “Sony Ericson”la müqavilə imzalayaraq mobil telefon sektoruna daxil olur. 25 karatlıq qızılla telefon dizayn edirlər. Telefon “Dolce & Gabbana”-nın loqotipi ilə bəzədilir. Moda evi Citroën C3 avtomobil versiyasının dizaynında da iştirak edib. Bundan sonra şirkət avtomobil şirkətlərinə xidmət göstərməyə başlayıb.

Onu da bildirək ki, “Forbes”in qiymətləndirməsinə görə, Domeniko Dolce və Stefano Qabbana 2013-cü ildə dünyanın 1000 nəfər zəngin adamının siyahısında 2 milyard dollar sərvətləri ilə 736-cı sırada yer alıblar.

Çılğın sevgi hekayəsinin sonu

Dolce və Qabbananı təkcə iş deyil, sevgi münasibəti də bir-birinə bağlayıb. Uzun müddət sirr kimi saxlasalar da 2000-ci ildə onlar cəmiyyətə sevgili olduqlarını açıqlayırlar. Düzdür, 2004-cü ildə onların “sevgisi” bitir. Amma ortaqlıqları hələ də davam edir.

Münasibətlərinin bitmə səbəbinə gəlincə, D&G-nin içinə qapalı, romantik stilisti olaraq tanınan Domenico Dolcenin uşaq sahibi olmaq istəyi göstərilir.

Domenico reportajlarından birində belə deyib: “Bir deyil, beş hətta bir futbol komandası qədər uşağım olsun istəyirəm. İzdihamlı ailələr, süfrədə xaos, səs-küy xoşuma gəlir. Həyatda istədiyim hər şeyi əldə etdim. Mənə uşaq qadağandır. Xaricdə övlad əldə edə bilərəm. Ancaq bir uşaq ana və atanın eşqinin məhsulu olmalıdır”.

Dolce&Gabbana-nın hazırcavab ortağı Stefano Gabbana isə "uşaq sahibi olmaq istərsinizmi?" sualına belə cavab verir: "Uşaq qazanmaq üçün ciddi şəkildə eyni fikirləri paylaşdığım qadın axtarıram. Süni döllənmə ilə uşaq sahibi olmaq istəyirəm. Uşağın ana və atadan ibarət bir ailəyə ehtiyacı var. Buna görə eyni həyat və təhsil proyektini paylaşacaq bir qadın tapmalıyam. İtaliyadakı qadağalar üzündən İsveçrəyə getməyi düşünürəm. Tək bir uşaq xəyal edirəm. Amma qətiliklə anası olmalıdır. Anası üst qatda ya da başqa bir mənzildə otura bilər; eynilə ayrılan yoldaşlarda olduğu kimi. Ancaq ana və ata fiquru şərtdir. Artıq 42 yaşındayam. Uşaq sahibi olmaq üçün özümü kifayət qədər yetkin hiss edirəm."

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR