Qatillərin qurbanlarından topladığı qan dondurucu XATİRƏLƏR
Bizi izləyin

Cinayət dünyası

Qatillərin qurbanlarından topladığı qan dondurucu XATİRƏLƏR

Qurbanları üzərində tətbiq etdiyi işgəncələr arasında başlarını kəsib mənzilində sərgiləmək vardı.

Bir çox qatil etdikləri işlə o qədər çox qürur duyur ki, qurbanlarından xatirə qalacaq əşyalar toplayırlar. Bu əşyalar bəzən geyim parçası, bəzən qurbanının bədənin parçaları ya da xüsusi bir əşyadan ibarət ola bilər.


1. Ed Gein qurbanlarının simasından maskalar hazırlayırdı.

Mövzu sadizm, qəssablıq və xatirələrə gəldiyi zaman, Ed Gein qatillərin ən başında gəlir. Məşhur qatil ətrafına qorxu saçmağa, nekrofil və məzar oğrusu olaraq başlamışdı. 50-ci illərdən sonra isə cinayət törətməyə başlamış və tutulduğu günə qədər, qurbanlarından xatirə əşya kolleksiyası toplamışdı. Evində olan dəhşət verici şeylər arasında insan dərisindən hazırlanmış stullar, kəllə sümüklərindən hazırlanmış qablar, bir qadının gövdəsindən hazırlanmış korset, insan simalarından hazırlanmış maskalar, bir qutuda saxlanmış müxtəlif cinsi orqanlar və sinə uclarından hazırlanmış bir kəmər var idi. Geinin cinayətləri Psycho və Quzuların Səssizliyi kimi fimlərə ssenari qaynağı olmuşdur.


2. Ivan Milat qurbanlarının düşərgə vəsaitlərini saxlayırdı.

Avstraliyalı qatil Ivan Milat ən az 7 nəfəri öldürüb, New South Walesdə bir meşəyə basdırmışdı. Nəhayət tutulduğu zaman, səlahiyyətlilər vəhşicə öldürülən qurbanlardan alınmış və arasında yuxu tuluqları, paltarlar, çadırlar və digər avadanlıqlar olan bir qrup düşərgə vəsaiti tapmışdı.


3. Alex Mengele baş dərisindən parik hazırlayırdı.

Qatil Alex Mengele, New York, Westchesterlı bir polis məmurunun cinayət şübhəlilərindən idi. Polis təqibi zamanı avtomobilinin idarəsini itirib bir divara çırpılmışdı. Nəzarətə alınaraq, avtomobilin bir neçə il əvvəl itən bir qadına aid olduğu təsbit edilmişdi. Qadını öldürənin Mengele olduğunu isbat şey isə, avtomobildə olan iki ədəd silahın yanında, polisin əvvəl peruk zənn etdiyi amma əslində Mengel’in başqa bir qurbanını öldürmək üçün qaçırarkən başına taxdığı baş dərisiydi. Mengele iki aydan az bir müddət sonra, həbsxana transferi əsnasında qaçmağa çalışarkən vurularaq öldürülmüşdü.


4. Ted Bundy qurbanlarının başlarını sərgiləmişdir.

Ted Bundy bir qatilin ola biləcəyi səviyyədə ürküdücü, psixopat idi. Qurbanları üzərində tətbiq etdiyi işgəncələr arasında başlarını kəsib mənzilində sərgiləmək vardı. Ayrıca başlarını kəsmək kifayət etmirmiş kimi, qurbanlarının başsız bədənlərinin yanında yatardı.


5. John George Haigh qurbanlarının itini sahiblənirdi.

İngilis qatil John George Haigh "Acid Duşu Qatili" olaraq tanınırdı. Etdiyi ən cani şey isə Dr. Archibald Henderson və dostunu vurduqdan sonra cəsədlərini əritməsi və saxta bir məktub təşkil edib bütün varlığının varisi olduğunu iddia etməsi idi. Qurbanlarının bütün əşyalarını satmasına baxmayaraq, satmadığı tək şey bir İrlandiya Seteri olan itləri Pat’tı və ona da özü sahiblənmişdi.


6. Charles Olbrayt qurbanlarının göz yuvalarını saxlayırdı.

Texaslı qatil Charles Olbrayt, qurbanlarının göz yuvalarını toplayırdı. Göz qapaqlarına zərər vermədən göz yuvalarını çıxarmağın üsulunu öyrənmişdi və bu vəziyyət polisin qatilin həkim ola biləcəyindən şübhələnməsinə səbəb olmuşdu. Lakin o həkim deyil, sadəcə psixopat biriydi. İlk cinayətindən bir il sonra, 1991-ci ildə həbs olunmuş və 3 cinayətdən günahlandırılıb yalnız biriylə mühakimə olunmuşdu. Hal-hazırda həbsdədir.


7. Ahmad Suraj qurbanlarının burunlarından axan suları içirdi.

İndoneziyalı qatil Ahmad Suradji bir cadugər olduğuna inanırdı və buna görə güclərini ələ keçirmək üçün 42 qadını öldürmüşdü. Qurbanlarını boyunlarına qədər torpağa basdırır, onları bir kabellə boğur və sonra cəsədləri tamamilə torpağa basdırırdı. Bu ayinlərin ən pis tərəfi (cinayət xaricində), qurbanlarının burunlarından axan suları içməsi idi. Qatil tutulmuş və edam edilmişdir.


8. Jeffrey Dahmer qurbanlarının cinsi orqanlarını saxlayırdı.

Adamyeyən qatil Jeffrey Dahmerin qurbanlarının müxtəlif bədən parçalarını gizlətmək kimi bir vərdişi vardı. Bu vərdişi, beşinci qurbanının başını və cinsi orqanını gizlətməsiylə başlamış və tutulduğu günə qədər baş, bədən, dəri və daxili orqanlardan ibarət xatirələr yığmışdır. Bundan əlavə cinsi orqanlarla dolu bir xərçəng ovlama səbəti də vardı.


9. Joel Rifkin hər növ əşyanı saxlayırdı.

Long Island’ın qatili Joel Rifkin 90-cı illərin əvvəlində 3 illik bir müddətdə 17 fahişəni öldürmüşdü. Nömrsiz maşın istifadə etdiyi üçün maşını saxladılanda, Rifkin cinayətləri etiraf etmiş və polisi evinə aparmışdı. Yataq otağında qurbanlarından yığdığı nəhəng bir kolleksiya var idi. Gizlətdikləri arasında alt paltarları, qurbanların vəsiqələri, ləl-cəvahiratlar və bir ədəd kitabxana kartı var idi. Bunun xaricində avtomobilinin baqajından, basdırmaq üçün yola çıxdığı qismən çürümüş bir cəsəd tapılmışdı.


10. Elizabeth Bathory qurbanlarının qanında duş qəbul edirdi.

Tarixdə ən çox adamı öldürən qadın qatili olduğuna inanılan Elizabeth Bathory, 17-ci əsrdə Macarıstanda yaşamışdır. Neçə qurbanı olduğu tam olaraq heç vaxt bilinməyəcək olsa da, cinayətlərinə şahidlik edən yüzlərlə insan var idi və bir dənəsi, Konte gəncliyini və gözəlliyini qorumaq məqsədiylə qurbanlarının qanını axıdaraq duş qəbıl etdiyini irəli sürmüşdü.


11. Ted Bundy qurbanlarının cəsədlərinin fotoşəkillərini saxlayırdı.

Ted Bundy qurbanlarının başlarını gizlətməklə kifayətlənməyib fotoşəkillərini də çəkirdi. Tutulduqdan sonra öldürdüyü qurbanlarının polaroid fotoşəkillərindən ibarət geniş bir kolleksiyası olduğu kəşf edilmişdi. İlk tutulduğu an, kolleksiya polislərin gözündən qaçmışdı və Bundy sərbəst buraxılanda kolleksiyasını məhv etmişdi. Bir FBI agentinə sorğu əsnasında bunu söyləmişdi: "Bir işi düzgün etmək üçün çox çalışanda, ağlından çıxmasını istəmirsən."


12. Edmund Kemper anasının başını saxlamışdı.

"Co-Ed Qatili" olaraq adlandırılan Ed Kemper 1964 – 1973 illər arasında 10 qadını öldürmüşdü. Kaliforniyada bir terror dalğası yaratdıqdan sonra, cinayətlərinə anasını öldürərək son vermiş və kəsdiyi başıyla – daha əvvəlki bir neçə qurbanına da tətbiq etdiyi kimi – cinsi əlaqəyə girmişdi. Daha sonra qurbanlarını alçaltmaq üçün kəsik başı hədəf taxtası olaraq istifadə edirdi. Daha sonra anasının bir dostunu da öldürmüş və bir müddət avtomobiliylə gəzdikdən sonra polisə təslim olmuşdu.


13. Aleksandr Pichushkin qurbanlarını şahmat taxtasına işarətləyirdi.

Rus psixopat Alexander Pichushkin’in ən az 49 cinayət qurbanı var. məqsədi; şahmat taxtasındakı xanaların sayına bərabər olacaq şəkildə 64 adamı öldürmək idi. Qatil sonunda tutulanda, polis onun evində tək bir xanası xaric bütün xanaların üzərinə tarixlər həkk olunmuş bir şahmat taxtası tapmışdı. Xanalardakı tarixlər işlədiyi hər bir cinayətin tarixi ilə üst-üstə düşürdü. Bundan yola çıxılaraq onun əslində 63 adamı öldürdüyü təxmin edilir.


14. Dennis Rader qurbanlarının sürücülük vəsiqələrinin sürətlərini saxlayırdı.

Devizi "Bağla, İşgəncə ver, Öldür" olan Dennis Rader bəzi qurbanlarının sürücülük vəsiqələrinin surətlərini hazırlayır və bunları alçaldıcı məktublar və fotoşəkillər yoldaşlığında polisə göndərirdi. Rader’in tutulmasındakı ən böyük faktor bu məktublarda yazdığı yazılar olmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm