NTV telekanalı: “Rövşən Lənkəranski-Tərəvəz Kralı” - - VİDEO
Bizi izləyin

Cinayət dünyası

NTV telekanalı: “Rövşən Lənkəranski-Tərəvəz Kralı” - - VİDEO

Reportajda bir neçə gün əvvəl Moskvanın Çeryomuşinsk bazarında baş vermiş dava-dalaş və atışmanın da bu zəmində olduğu deyilir.

Rusiyanın NTV telekanalı Rövşən Lənkəranskinin öldürülməsindən sonra Moskva bazarlarına nəzarət uğrunda başlayan müharibə barədə araşdırmanı efirə verib.

Reportajda bir neçə gün əvvəl Moskvanın Çeryomuşinsk bazarında baş vermiş dava-dalaş və atışmanın da bu zəmində olduğu deyilir.

"Moskvanın Çeryomuşinsk bazarı. Ticarət sıralarını gücləndirilmiş polis naryadı mühafizə edir. Rəhbərlik yeni münaqişədən çəkinir. Sonuncu toqquşma bir neçə gün əvvəl olub, atışma ilə bitib. Qarşıdurmanın iştirakçısı bazardakı kafelərdən birinin sahibi Vilayət Əsgərovdur. O, bazarın yeni rəhbərliyindən narazıdır", - NTV-nın reportajında deyilir.

"FV. Araşdırma: "Krallar və Kələm" adlı süjet bu gün efirə verilib. "Göyərti və tərəvəz üzərində kriminal biznes necə qurulub, avtoritetlər bir-birini sözün əsl mənasında kələmə çevirirlər? Tərəvəz kralı Rövşən Lənkəranskini kim aradan götürdü? Və növbəti qurban kim olacaq? Ruslar vitaminə görə vergini kimə ödəyirlər? Və əsas məsələ - nə qədər ödəyirlər?" - NTV jurnalistləri araşdırmada bu suallara cavab axtarırlar.

Xatırladılır ki, Rövşən Lənkəranski bu ilin avqustunda İstanbulda güllələnib. Ona üzünə qarşı "tərəvəz kralı" deyirdilər. Həkimlər avtoritetin həyatını xilas etmək üçün bir neçə saat mübarizə aparıblar, ancaq onu xilas etmək mümkün olmayıb. "Onu "tərəvəz kralı" da adlandırırdılar. Cəsədini təyyarə ilə doğma şəhəri Lənkərana aparıblar, dəfn mərasimində kilometrlərlə uzunluqda tıxac yaranıb. Qohumları, dostları, yüksək vəzifəli məmurlar, Azərbaycan cəmiyyətinin elitası dəfnə qatılıb", - NTV bildirir.

Həmin araşdırmanın videokadrlarını təqdim edirik:

virtualaz.org

Oxumağa davam et
Reklam
Reklam

Gündəm