Cinayət dünyası
Lotu Quli azadlığa çıxır və düşmənlərinə qalib gəlir - QANLI HESABLAŞMA
“Rəşad Gəncinski” ləqəbli kriminal avtoritet Rəşad
İsmayılov Rövşən Lənkəraniskini qətlə yetirdiyini etiraf edib. Bu
etirafdan sonra azərbaycanlı avtoritetlərin yeni hesablaşması dövrü
başlanacaq.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Rosbalt” agentliyi
yazıb.
“Azərbaycan mafiyası müharibəyə hazırlaşır” - deyə yazan agentlik
qeyd edir ki, 2017-ci ildə Azərbaycanın kriminal qəbilələrinin
nümayəndələrini ciddi toqquşmalar gözləyir.
Hazırda Moskva regionunda güclü vahid qruplaşma yaranıb. Bu
qruplaşmaya Nadir Səlifov (Lotu Quli), Vaqif Süleymanov, Rəşad
İsmayılov (Rəşad Gəncinski) daxildir. Onları Rövşən Lənkəraniskiyə
düşmənçilik birləşdirirdi.
2016-cı ilin avqustunda Rövşən Canıyev İstanbulda qətlə yetirildi.
Və Yeni il ərəfəsində Rəşad Gəncinski Lənkəraniskini “aradan
götürdüyünü” açıqladı. O, bunu yaxın dostu, Moskvada “göyərti
kralı” kimi tanınan və öz evinin qarşısında güllələnərək öldürülən
Canbulat Şamiloğlunun qisasını almaq üçün etdiyini bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Lakin “Rosbalt”ın mənbələri bu işdə Gəncinskiyə Vaqif Süleymanov
və Lotu Qulinin kömək etdiyini deyiblər.
Nəticədə hər üç “qanuni oğru” Rövşən Lənkəraniskinin Moskvadakı
bütün obyektlərini öz aralarında bölüşdürdülər.
Hüquq-mühafizə orqanlarındakı mənbə agentliyə danışıb ki,
vəziyyətin uzun müddət belə davam edəcəyini demək çətindir.
Xüsusilə, Nadir Səlifovun 2017-ci ildə azadlığa çıxacağı haqqında
söhbətlərin getdiyi bir vaxtda.
“Məlumatlar var ki, Lotu Qulinin bu il Azərbaycanda həbsdən
buraxılması üçün danışıqlar aparılır. O, elə şəxsdir ki, bu gün
səninlə dostdur, müttəfiqdir, sabah ən qəddar düşməninə çevrilə
bilər və səni öldürmək üçün əlindən gələni hər şeyi edər. Rəşadla
Vaqif bunu anlayırlar. Buna görə də üçlüyün yaratdığı ittifaq
2017-ci ildə mütləq dağılacaq və keçmiş müttəfiqlər arasında
müharibə başlayacaq”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, hazırda “Zayka” ləqəbli Zaur Əliyevin klanı da
güclənməyə başlayıb: “Hansı ki, bu şəxs və tərəfdarları istənilən
söhbətdə silaha əl atır”.
Mənbə Lotu Qulinin düşməni “Kürən Albert” ləqəbli Əli Heydərov
faktorunu da xüsusi vurğulayıb.
“Kürən Albert” 2014-cü ildə həbs olunub və iki ildir istintaq
altındadır.
“Onun azadlığa çıxacağı vaxt da yeni qarşıdurma ola bilər. Lakin
bütün hallarda Azərbaycan mafiyası bu il şiddətli qarşıdurma
dövrünə qədəm qoyacaq”, - deyə o diqqətə çatdırıb.
Asif
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!