9 nəfəri güllələyən qatilə ÖLÜM HÖKMÜ verildi
Bizi izləyin

Cinayət dünyası

9 nəfəri güllələyən qatilə ÖLÜM HÖKMÜ verildi

Ona qarşı 33 maddə üzrə ittiham irəli sürülüb.

2015-ci ildə ABŞ-ın Cənubi Karolina ştatındakı kilsələrdən birində 9 afroamerikalını qətlə yetirməkdə müqəssir bilinən Dilan Ruf ölüm hökmünə məhkum edilib.

Publika.az "Frans Press"ə istinadən xəbər verir ki, müvafiq qərar çərşənbə axşamı prisyajnılar məhkəməsi tərəfindən çıxarılıb.

2015-ci ilin iyununda 22 yaşlı ağ amerikalı Dilan Ruf Cənubi Karolinanın Çarlston şəhərindəki kilsədə doqquz afroamerikalını güllələyib. Ona qarşı 33 maddə üzrə ittiham irəli sürülüb və o, bütün maddələr üzrə müqəssir bilinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm