3 oğru, 2 cəsəd - Lənkəranskinin mirası uğrunda qanlı mübarizə başladı
Bizi izləyin

Cinayət dünyası

3 oğru, 2 cəsəd - Lənkəranskinin mirası uğrunda qanlı mübarizə başladı

Rövşənin "sağ əl"i azadlıqda.

Türkiyə hakimiyyəti Rövşən Canıyevin (Rövşən Lənkəranski) “sağ əli” hesab olunan “qanuni oğru” Hacıbaba Talıbxanlını (Hacı Beyləqanski) həbsxanadan buraxıb.

Publika.az xəbər verir ki, bu haqda “Rosbalt” agentliyi özünün etibarlı mənbələrinə istinadən bildirib.

O, “kriminal general” Əlibala Həmidovun (Qoca Bakinski) qətlində iştirakda şübhəli bilinirdi. Ancaq bunu sübut edəcək dəlilləri toplamaq mümkün olmayıb. Onun dərhal Rövşən Lənkəranskinin Türkiyədəki “mirası” uğrunda mübarizəyə başladığı bildirilir.

Hacıbala Talıbxanlı Rövşən Canıyevin ən yaxın tərəfdarı idi. Canıyevə sui-qəsd dəqiqəsində isə onunla birlikdə idi. Hücumu zamanı Hacının avtomobilini Lənkəranskinin avtomobili izləyirdi. Qatillərin atəşi Rövşəni ölümcül yaralasa da, Talıbxanlı zərər çəkməyib.

“Rosbalt”ın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Hacı Azərbaycana gətirilən mərhumun bədənini müşayiət edirdi. Lakin o, gözlənilmədən iki başqa qanqsterlə birlikdə aeroportda türk polisi tərəfindən saxlanılır. Polis bəyan etdi ki, onlar 2013-cü ildə “qanuni oğru” Əlibala Həmidovun qətlində şübhəli bilinirlər.

Əvvəllər Qoca Bakinski və Rövşən Lənkəranski yaxın dost idilər. Sonradan onların yolları ayrıldı. Qoca Aslan Usoyanın (Ded Xasan) qruplaşmasını dəstəkləməyə başladı. Ded Xasan isə Canıyevlə “müharibə” vəziyyətində idi. Beləliklə keçmiş dostlar ən qəddar düşmənlərə çevrildilər. Həmidov 2012-ci ildə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilir. Azadlığa çıxandan sonra isə Yunanıstana gedir. Bir müddətdən sonra yenidən İstanbula qayıdır. Burada isə qatillərin hədəfi olur. Onu əvvəlcə döyürlər, daha sonra güllələyirlər. Güya ölümdən əvvəl o, Rövşənin adını pıçıldamağa vaxt tapıb.

Cinayəti araşdıran türk polisləri aydınlaşdırdılar ki, qətlə həqiqətən də Lənkəranskinin yaxın ətrafındakı şəxslər cəlb oluna bilər. Bundan başqa, informasiya yayıldı ki, Qocanı Hacı Beyləqanski güllələyə bilərdi. Hacı və Lənkəranskinin yaxın ətrafından bir neçə insan həbs olundu. ”Rosbaltın" məlumatına görə, saxlanmış şəxslərdən biri etiraf edib ki, Həmidovu Hacı deyil, məhz o güllələyib. Talıbxanlının xeyrinə verilən ifadələr onun həbsxanadan buraxılması üçün kifayət etdi.

Agentliyin həmsöhbəti söyləyib ki, Hacı azadlığa çıxandan dərhal sonra “qanuni oğru” Hüseyn Əhmədovun (Kor Hüseyn) qruplaşmasına yaxınlaşıb. Kor Hüseyn son illər Rövşənlə yaxın idi və sui-qəsdə məruz qalmasından sonra onun Türkiyədəki aktivlərinə öz iddiası elan etdi. O, biznesmenlərə baş çəkməyə və Rövşənin varisi olduğunu elan etməyə başladı.

Canıyevin Türkiyədəki aktivləri üçün mübarizə hələ ki qansız keçir. Üç “qanuni oğru” - Lotu Quli, Rəşid və Vaqif Lənkəranskinin aktivlərini qansız bölüb. Onlar hələ ki sakitcə bir yerdə yaşayırlar. Amma tədqiqatçılar hesab edirlər ki, belə vəziyyət uzun müddət davam etməyəcək. Bir sıra “qanuni oğru” Rövşənin mirasının bölüşdürülməsindən məmnun qalmayıb.

Daha sərt döyüş Lənkəranskinin Hollandiyadakı aktivləri üçün başlanıb. Onlar üçün hazırda çeçen “qanuni oğru”ları olan Həmzət Qastamirov (Şeyx Xamzat) və Abu Davtayev (Abu) mübarizə aparır. Birinciyə artıq sui-qəsd cəhdi edilib və fəal şəkildə cavab hərəkətlərinə hazırlaşmağa başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm