Kriminal avtoritetin yaxın adamı oğurlandı
Bizi izləyin

Cinayət dünyası

Kriminal avtoritetin yaxın adamı oğurlandı

Kriminal avtoritetin yaxın adamı oğurlandı.

Rusiya kriminal aləminin lideri sayılan Zaxariya Kalaşovun (Şakro Molodoy) yaxın adamı oğurlanıb.

Publika.az xəbər verir ki, bununla bağlı kriminal aləmdə “Edik Tbiliski” kimi tanınan 48 yaşlı Eduard Asatryanın vəkili Muşeq Ayrapetyan məlumat verib.

Ayrapetyanın sözlərinə görə, yeni ildə Asatryan Celyabinsk vilayətindəki həbsxanaya keçirilib: “Fevralın 1-də isə onun görüşmək istəyən qohumlarına Eduardın burada saxlanılmadığı bildirilib. Naməlum şəxslər onu həbsxanadan qaçırıblar. Rəsmi qurumlar da məsələyə heç bir münasibət bildirməyib. Düşünürəm ki, Asatryanın həyatı təhlükədədir”. (Teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm