Ölkə “qanuni oğrular” üçün cəhənnəmə çevriləcək - QANUN LAYİHƏSİ
Bizi izləyin

Cinayət dünyası

Ölkə “qanuni oğrular” üçün cəhənnəmə çevriləcək - QANUN LAYİHƏSİ

“Qanuni oğrular” qarşı ölkə qanunvericiliyinin sərtləşdirilməsi təşəbbüsü ilə çıxış edilib.

Gürcüstan Daxili İşlər Nazirliyi “qanuni oğrular”a qarşı ölkə qanunvericiliyinin sərtləşdirilməsi təşəbbüsü ilə çıxış edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda idarənin mətbuat xidmətindən bildirilib.

Qərar cinayətlə mübarizə üzrə idarələrarası koordinasiya şurasının növbəti iclasında qəbul edilib. Daxili İşlər Nazirliyi yaxın gələcəkdə müvafiq qanunverici paketi hökumətə təqdim edəcək. Amma Daxili İşlər Nazirliyindən qanunverici paketə hansı dəyişikliklərin daxil ediləcəyi barədə məlumat verilməyib.

Gürcüstan hələ keçmiş prezident Mixail Saakaşvili dövründə “qanuni oğrular”la mübarizəni elan edib. 2012-ci ildən ölkəni idarə edən yeni hakimiyyət də kriminal avtoritetlərlə mübarizəni davam etdirəcəyini açıqlayıb.

Ölkədə hazırda qüvvədə olan qanunvericilik “oğru cəmiyyəti”nə üzvlüyə görə 5 ildən 10 ilədək azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm