Sabiq “qanuni oğru” Rusiyadan deportasiya olundu - - FOTO
Bizi izləyin

Cinayət dünyası

Sabiq “qanuni oğru” Rusiyadan deportasiya olundu - - FOTO

Rusiyada ömürlük arzuolunmaz şəxs elan edilib.

Kriminal aləmdə “Hayko Qarabağski” ləqəbiylə tanınan Hayk Nikoqosyan Rusiyadan deportasiya olunub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 53 yaşlı sabiq “qanuni oğru” dünən səhər saatlarında Domodedovo hava limanından İrəvana uçan ilk aviareyslə yola salınıb.

Rusiyanın Daxili İşlər naziri Vladimir Kolokoltsevin qərarıyla Nikoqosyan ölkədə ömürlük arzuolunmaz şəxs elan edilib.

Xatırladaq ki, bundan əvvəl Kolokoltsev belaruslu qanuni oğruları da ömürlük persona non qrata elan etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm