Elektron poçta məktub göndərib 100 milyon dollar oğurladı
Bizi izləyin

Cinayət dünyası

Elektron poçta məktub göndərib 100 milyon dollar oğurladı

Amerikanın iki böyük texnologiya şirkətinin 100 milyon dollarını oğurlayıb.

Evaldas Rimasaks adlı litvalı bir fırıldaqçı elektron poçt vasitəsilə Amerikanın iki böyük texnologiya şirkətinin 100 milyon dollarını oğurlayıb.

Publika.az xəbər verir ki, 48 yaşlı bu şəxs özünü Asiyada kompüter hissələri istehsal edən şirkətin təmsilçisi kimi təqdim edib. Bu adla da şirkətlərin elektron poçt ünvanlarına məktub göndərərək pul istəyib.

E.Rimasaksın məktub göndərdiyi şirkətlər təlimatları ard-arda yerinə yetirərək onun Litva, Slovakiya, Macarıstan, Honq-Konqdakı bank hesablarına pul göndəriblər.

ABŞ prokurorluğunun araşdırması zamanı bəlli olub ki, Rimasaksın hədəfindəki şirkətlərin ünvanları da daxil olmaqla, bir çox məlumatlarla yanaşı, pulun ABŞ-dakı bank hesablarına göndərilməsi məlumatlarını da gizlədib.

Araşdırma zamanı yalançı şirkətin idarə heyətində cəmi bir nəfərin qeydə alındığını və onun adının da Rimasaks olduğu müəyyənləşib.

ABŞ prokurorluğu bu hadisədən bütün şirkətlərin nəticə çıxarmalı olduğunu bəyan edib. Hadisə ilə bağlı açıqlamalarda nə Rimasaksın “şirkəti”nin, nə də onun fırıldaqçılıq etdiyi şirkətlərin adı açıqlanmayıb.

Sadəcə E.Rimasaksın şirkətinin 1980-ci ildə yaradıldığı, dünya miqyasında texnoloji firmalarla işlədiyi bildirilib.

Bu fırıldaqçılığına görə E.Rimasaksa sadəcə iki il həbs cəzası verilə bilər.

ABŞ Federal Təhqiqat Bürosunun məlumatlarına görə, 2013-cü ildən bu vaxta qədər elektron poçtla fırıldaqçılığa görə 22 143 şikayət qeydə alınıb. Bu hadisələrə görə 3.1 milyard dollar pul tələb edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm