Hələ indi başlayır: Moskva üçün ÖLÜM-DİRİM SAVAŞI
Bizi izləyin

Cinayət dünyası

Hələ indi başlayır: Moskva üçün ÖLÜM-DİRİM SAVAŞI

Rusiyanın Moskva regionunda tacik kriminal qruplaşmalar gözəçarpacaq dərəcədə fəallaşıb.

Rusiyanın Moskva regionunda tacik kriminal qruplaşmalar gözəçarpacaq dərəcədə fəallaşıb. Demək olar ki, hər ay kriminal qruplaşmaların üzvləri arasında silahın tətbiqi ilə qarşıdurmalar olur. Daxili İşlər Nazirliyinin əməkdaşları bu hadisələrin iştirakçılarından birini artıq həbs ediblər. Bu, kriminal avtoritet, “Kori” ləqəbli Əbdülvahob Canqibekovdur. Onun həbsinin ardında Moskvanın İzmaylovda onlarla qanqsterin arasında atışma olub.

Hüquq-mühafizə orqanlarındakı mənbə “Rosbalt” agentliyinə danışıb ki, Canqibekov kriminal dünyada kifayət qədər nüfuzlu şəxsdir. O, Saidkrama Sayka-Odinayevin (“Sayka”) “sağ əli” sayılır. Sonuncu isə “kriminal general” Sumbat Abasovun (Sumbat Tbilisskiy) sayəsində kriminal alımdə statusu aldı. Həmçinin “Sayka” və “Qori” tacik mafiyasının liderlərindən biri olan Lutfullonun ən yaxın tərəfdarlarıdır.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Canqibekov bir neçə il əvvəl Böyük Novqorodda koloniyada Dağıstandan olan bir gəlmə ilə birlikdə zənginləşmənin olduqca sadə üsulunu hazırlayıb. “Kori” böyük narkotik alverçilərini tanıyırdı, Çin tacirlərinin anbarlarında malın böyük partiyalarının mövcudluğu haqqında informasiyaya malik idi. O, bu informasiyalarla birbaşa koloniyada təmin edilirdi. “Kori” özü barmaqlıqlar arasında olduğu üçün belə obyektləri müxtəlif tacik qruplaşmalarına nişan verməyə başladı. Həmin qruplaşmalar obyektlərə silahlı hücumlar edir və əldə edilən gəlir bölüşdürülürdü. Lakin, həmişə belə olmurdu. Əvvəllər obyektlərə hücum edənlər malları Canqibekovun cinayət yoldaşlarına verirdilər. Ancaq sonralar icraçılar tez-tez malların polisin əlinə keçdiyini bildirərək Canqibekovun dairəsi ilə hesablaşmırdılar.

“Kori” azadlığa çıxdı və onun bu kriminal biznesi davam etdi. Yeri gəlmişkən, Canqibekov “Sayka” və və Lutfullo ilə birlikdə, müxtəlif qarşıdurmaların aktiv iştirakçısı oldu. Məsələ ondadır ki, tacik mafiyasında lider yoxdur. Və üç iddiaçı (Lutfullo, Cabor və Samat) taxta öz hüququnu sübut etməyə fəal çalışır.

Genişmiqyaslı silahlı toqquşmalar 2016-cı ili yazından dayanmır. Həmin vaxt Xovanskidə qəbiristanlıqda kütləvi qanlı döyüş oldu. Lutfullo, “Kori”və “Sayka” tutuldu. Üçlüyün həbsdən qaçması ilə tacik kriminal dünyasında münasibətlərin müəyyənləşdirilmələri davam etdi. Qarşıdurmalardan biri 2016-cı ilin yayında “Kaluqa” metrostansiyasının yaxınlığında baş verdi. “Kori” və “Sayka” arasındakı söhbət münaqişəyə keçdi. Lakin onlar sağ qaldılar.

Münasibətlərin növbəti müəyyənləşdirilməsi zamanı - 2016-cı ilin payızında Lutfullonu atəşə tutdular. O da sağ qaldı.

“Rosbalt”ın hüquq-mühafizə orqanlarındakı mənbəsinin sözlərinə görə, 2017-ci ildə belə silahlı hadisələrin sayı artıb. Canqibekovun həbsi də tacik kriminal qruplaşmalarına sakitlik gətirməyib. Ötən həftə İzmaylov ərazisində Lutfullo və onun çoxdankı rəqibi – Rüstəm Eşonun tərəfdarları arasında genişmiqyaslı toqquşma oldu. Danışıqlar dava və atışma ilə bitdi. Sonuncu hazırda “qanuni oğru” Merab Canqveladzenin (“Merab Suxumski”) qruplaşması ilə Moskvada sıx əməkdaşlıq edir.

“Kori”yə gəlincə, o bir sıra silahlı hücumların təşkilində ittiham olunur. “Qanuni oğru”nun həmçinin 2011-ci ildə törədilən silsilə qətllərdə iştirakı yoxlanır. Həmin vaxt “Kori”nin qruplaşmasından bir neçə nəfər öldürüldü. “Kori”nin döyüşçüləri isə cavab olaraq Moskva ətrafında iki nəfəri güllələdilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm