Cinayət dünyası
Bu həbsxanaya girən ölmək üçün dua edir - - FOTO
Filippin prezidenti Dutertenin təlimatıyla tutumu 5 qat artırılan "ittihamla döyüş" həbsxanaları dolub-daşır. 3 min 800 məhkumun qaldığı həbsxanadakı ürək ağrıdan görüntülər obyektivlərə əks olunub.
Filippinin ən çox məhkumu olan həbsxanalarından biri "Quezon Siti"yə girən fotoqrafın çəkdiyi fotolar tük ürpədib.
Təxminən 60 il əvvəl 800 məhbus üçün inşa edilsə də, hal-hazırda
orada 3 min 800 məhkum saxlanılır.
Filippinin paytaxtı Manilada yerləşən həbsxanadakı məhkumlar yatmaq, hərəkət etmək üçün boş bir yer üçün mübarizə aparırlar.
130 adamla eyni tualeti paylaşdığını söyləyən Mario Dimakulanqan
adlı məhkum: "Çoxu dəli olur. Həddindən artıq sıxlıq var. Ən kiçik
bir hərəkətdə kiməsə, ya da nəyəsə toxunuruq", - deyib.
Yeməklərindən paslı mismar və ölü böcəklər çıxmağına vərdiş edən
məhkumlar bir yandan da havasızlıq və susuzluqla mübarizə
aparırlar.
Filippindəki həbsxanaların son zamanlar bu qədər məhbusla
dolmasının bir səbəbi də ölkənin yeni prezidenti Rodriqo Dutertenin
cinayətkarlıqla bağlı qəbul etdiyi yeni qanunlardır.
Ölkəni narkotik ağuşundan xilas etməyi qarşısındakı prioritet olaraq açıqlayan Dutertenin təlimatlarından sonra həyata keçirilən əməliyyatlar çərçivəsində bir ay içində yüzlərlə insan qətlə yetirilib, minlərlə cinayətkar isə saxlanılıb. (milli.az)
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO