Müsəlmanları diri-diri yeyirlər... - İnsan əti yeyənlərlə bağlı QANDONDURAN FAKTLAR - - FOTO/VİDEO
Bizi izləyin

Cinayət dünyası

Müsəlmanları diri-diri yeyirlər... - İnsan əti yeyənlərlə bağlı QANDONDURAN FAKTLAR - - FOTO/VİDEO

Minilliklər boyunca insanlar bir-birlərini yeyirlər. Alimlər zaman-zaman insan dişlərinin izləri olan insan sümükləri aşkar edirlər.

Bu gün mədəni dünyada hannibalizm insan təbiətinə zidd iyrənclik hesab edilir. Bununla belə müasir zamanda adam əti yemək hadisələrinə heç də nadir hallarda rast gəlinmir.

Səbəblər müxtəlifdir - qədim sehrli təcrübələrdən tutmuş şəxsi və ya dini qərəzə qədər.

Publika.az son illər ərzində hannibalizmin ən çox hay-küy salmış hadisələrininə aşağıdakı icmalla nəzər salır.

"Nigeriyada RESTORAN bağlandı, han ki, heç nədən şübhələnməyən müştərilərə İNSAN ƏTİ yedirirdilər!" - təxminən belə başlıqlar 2014-cü ildə Avropa və Afrika nəşrlərinin baş məqalələrini bəzəyirdi…

YAŞAYIŞ MƏSKƏNLƏRİ LENTƏ ALINDI

"Mən artıq insan əti yeməkdən yoruldum", - bir neçə həftə əvvəl, 2017-ci ilin avqustu Cənubi Afrika Respublikasının Eskort şəhərinin polis bölmələrindən birinə gələn vətəndaş mühafizə dəstəsinin keşikçisini belə salamladı.

O, dərhal özünün həbs olunmasını xahiş edirdi. Çaşmış inspektorlar “ruhi xəstəni” bölmədən qovmağa hazırlaşanda, o, çantasından qadın ayağı və əlinin hissələrini çıxardı. Hannibal hətta yaxınlıqdakı kənddə yaşadığını, orada çoxlu cinayət ortaqlarının da olduğunu söylədi.

Tədqiqatçılar dərhal kəndə yollanaraq gördüklərindən heyrət içində idilər. 3 sakin isti-isti həbs olundu, onlar yerli kənd cadugarı və 2 onun köməkçisi idi. Evlərdə insan bədənlərinin fraqmentləri aşkar edildi. İnspektorlar eyni zamanda həmin məkanı lentə alaraq dünyaya nümayiş də etdirdilər.

Məsələni müzakirə etmək üçün demək olar ki, bütün yerli sakinlər də daxil olmaqla, kənd şurası toplaşır. Toplaşanların təxminən yarısı etiraf edir ki, bəli, insan cəsədləri yeyirlər, bunu onlara cadugar-şəfaçı təklif edir.

Kəndin sakinlərindən alınan ifadələrdən aydınlaşdı ki, cadugar onlardan yerli qəbiristanlıqdakı qəbirləri qazmağı və sümükləri ona gətirməyi tələb edirdi. Bu, “şəfa verən”in sözlərinə görə, icmanı müxtəlif bədbəxtliklərdən qorumalı idi.

"Qəribədir, bizim insanlarımız nə qədər sadəlövhdür. Bu insanların əksəriyyəti qonşu mahallardan mal-qara oğurluğuyla ticarət edən adi oğrulardır. Cadugar onları inandırıb ki, adam cəsədləri yeməklə güllələrdən yan keçəcəklər və polislər onları öldürə bilməyəcək", - polis mətbuata bildirib. İndi saxta sehrbaz və onun 2 cinayət yoldaşı məhkəmənin qərarını gözləyirlər.

CAR-da hannibalizm hadisələri tez-tez təsbit edilir. Bu ilin aprelində, məsələn, Kvantsila əyalətində 4 yaşlı oğlan öldürülmüşdü. O, öz dayısının qurbanı idi. Vəhşi dayı bacısı oğlunu şam yeməyində həzmi-rabedən keçirmişdi.

İNSAN ƏTİNDƏN SENDVİÇ

Yoldaşlarını yeməyi yalnız Qara Qitənin cənubunda sevmirlər. 2013-cü ilin sonu 2014-cü ilin başlanğıcında Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidə dinlərarası toqquşmalar baş verirdi: yerli xaçpərəstlər sözün əsl mənasında müsəlmanlara qarşı ov edirdilər.

Bir dəfə bir neçə insan qorxunc səhnənin şahidi olur. "Avtobusdan bir müsəlman düşür ki, yoldaşını da salona ala bilsin. Salona geri girmək artıq ona qismət olmur: camaat onu tutur, hücum edənlərdən biri bədənin bir tikəsindən qoparır, əlindəki çörəyin arasına qoyaraq yeməyə başlayır. Kim ki bunu görürdü, dərhal ürəyi bulanırdı”, - şahid Jan-Silvester Çia mətbuata bildirib. Bu səhnənin başqa bir şahidi, Alen Qbabou yadına salır: “Yaşlı bir kişi kəsilmiş bir başı götürərək ehtiyatla paketə qoydu və axşam qonşularla əsl ziyafət edəcəyini dilə gətirdi”. Bütün bu şahid dinləmələri BMT-nin hesabatında yer almışdı.

2012-ci ilin dekabrında Konqo Demokratik Respublikasının Şimali Kivu əyalətinin paytaxtı Qoma şəhərində regionunun cinayət qruplaşmalarından birinə işləyənlər 5 yerli sakini edam edirlər və onların cəsədlərini yandırırlar. Hadisənin şahidi olmuş yerli radiostansiyalardan birinin müxbiri qeyd edirdi ki, daha sonra onlar qızardılmış insan bədənini yeməyə başladılar. "Belə hadisə burada ilk dəfə deyil ki baş verir", - dəhşətlə o, gördüklərini bölüşürdü.

ALMAN EHTİRASI

Detlef Qyunsel

Avropa adamyeyənləri də bəzən kriminal xəbər başlıqlarını bəzəyirlər. 2014-cü ilin avqustunda Almaniyada 56 yaşlı qatil və adamyeyən, keçmiş polis Detlef Qyunsel üzərində proses başladı. Müstəntiqlərin məlumatına görə, Qyunsel "ekstremal seksual təcrübələrə" və adam əti yeyənlərə həsr edilmiş saytda qeydiyyatdan keçir. Orada o, Hannover sakini, Polşa əsilli Voytsex Stempnieviç ilə tanış olur. İşin materiallarına görə, çoxsaylı məktublarda, SMS mesajlarda və telefon söhbətlərində polşalı alman yoldaşına deyib ki, neçə vaxtdır öldürülərək yeyilmiş olmağı arzu edir...

Qyunsel Stempnieviçin fantaziyalarını gerçəkləşdirməyi öz öhdəsinə götürür və onu Drezdenin şəhərətrafı evinə dəvət edir. Keçmiş manyak polis qonağı zirzəmidə öldürərək onu parçalayır və soyuducunun kameralarına doldurur. Sonradan mənzərəni görən müstəntiqlər iş materiallarında qeyd edirlər ki, bu vəhşətdən şokda idilər.

Nəticədə Qyunsel 8.5 il həbs alır. Hazırda proses yenə davam edir - onun vəkilləri bu hökmdən razı deyilllər və yuxarı instansiyalara müraciət ediblər.

FRANSANIN RUAN ŞƏHƏRİNDƏN OLAN ADAMYEYƏN

Nikolya Kokeyn

2010-cu ilin yayında qətl və hannibalizmə görə fransız Nikolya Kokeyn 30 il müddətinə azadlıqdan məhrum edildi. Cinayət törədilən zaman o, zorlama maddəsilə məhkum idi. 2007-ci ilin yanvarın 2-də Kokeynə elə gəlir ki, dustaq yoldaşı otağı pis təmizləyib. Qəzəblənən hannibal qonşusunu öldürür, sonra ürəyini yemək üçün döş qəfəsini açır. Amma sonra fikrini dəyişir – böyrəklərini çıxararaq böyük miqdarda ədviyyatla bəzəyir və yeyir. Hadisənin şahidləri iş materiallarında bildiriblər ki, o, qarnir kimi boşqabın qırağına düyü qoymuşdu...

Başqa bir dustaq yoldaşı, hansı ki, bu qorxunc cinayətin şahidi olmuşdu, sonradan özünə qəsd edir: o, gördükləri mənzərənin dəhşətindən olduqca sarsılmışdı.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm