“Adamyeyənlər ət satışı üçün yer axtarırdılar” - Hanniballar ailəsi barədə ŞOK DETALLAR
Bizi izləyin

Cinayət dünyası

“Adamyeyənlər ət satışı üçün yer axtarırdılar” - Hanniballar ailəsi barədə ŞOK DETALLAR

Rusiyanın Krasnodar vilayətində yaşayan adamyeyənlərin qorxunc tarixi yeni təfərrüatlarla zənginləşir.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, qətllərdə və insanların ətinin yeyilməsində şübhəli bilinən Bakşeyevlər ailəsinin şəkilləri KİV-də çıxandan sonra şəhər restoranlarının rəhbərləri şokedici açıqlamalar verib.

Məlum olur ki, saxlanılanlar dəfələrlə restoranlara işə düzəlmək istəyiblər, öz məhsulunu kafe və restoranlara təklif ediblər.

“Mən bu xanım və onun ərinin şəklini görəndə, yaddaşımdakı xatirələr üzə çıxmağa başladı. İki saat düşünərək faktları müqayisə edirdim. Natalya Bakşeyeva parlaq donda aşpaz kimi işə düzəlmək üçün yanıma gəlirdi”, - Krasnodar şəhərinin Yubiley mikrorayonunda kafenin direktoru Vitali Yakubenko deyib.

O, bu hadisənin 2010-cu ildə baş verdiyini bildirib. Qadını bu vaxta kimi yadda saxlamasına gəlincə, restoran rəhbəri bunu onun çox aktiv olması ilə izah edib: “Çox aktiv idi, çox vurnuxurdu və bir çox sual verirdi. Əti və balığı haradan aldığımızı, məhsulumuzun nə qədər təzə olduğunu soruşurdu. Mən cavab verdim ki, məhsulu yalnız sertifikatlı təchizatçılardan alırıq. Anlayın, belə suallar elə-belə verilmir. Mən çoxdan biznesin bu sahəsində işləyirəm. Bir neçə dəfə öz məhsulunu, həmçinin əti ucuz qiymətə satmaq istəyən insanlarla rastlaşmışam. Bu qadın mənə boşboğaz və çox maraqlanan kimi göründü”.

Restoran müdiri qadına anketi doldurmağı təklif edib. Natalya anketi götürərək evdə dolduracağını bildirir.

Həmin vaxt onun əri Dmitri Bakşeyev kafenin qarşısında gözləyirdi. Vitali Yakubenkonun sözlərinə görə, qadın açıq-aydın zəhmətkeş aşpaza oxşamırdı.

“Mən əla bilirəm ki, aşpazlar dırnaq uzatmırlar. Yəqin, adamyeyənlər ətin satışı üçün yer axtarırdılar. Amma qadın ucuz ət olduğuna dair işarə vermirdi. O, yalnız bizim aldığımız məhsullarla maraqlanırdı”, - kafenin direktoru deyib.

Natalya özünü iş təcrübəsi olan aşpaz kimi təqdim edib.

Dondurulmuş və konservləşdirilmiş ucuz ət satışı barədə tez-tez təkliflər aldığını deyən kafenin direktoru belə təkliflərdən həmişə qaçdığını vurğulayıb: “Çünki 1990-cı illərdə baş verən bir hadisə indi də yadımdadır. Mən 15 yaşlı balaca oğlan idim. Milis əməkdaşları gözlərimin qarşısında ət təchizatçısını saxladılar. Milis kişinin arabasını açanda orada insan qalıqlarını aşkarladılar. O, öz malını restoranlara satırdı”.

Xatırladaq ki, sentyabrın 25-də Rusiyanın Krasnodar vilayətinin ərazisində hüquq-mühafizə orqanları adamyeyən ailəni ifşa ediblər. Polis əməkdaşları aydınlaşdırıblar ki, cinayətkarların ailəsi 1999-cu ildən insanları oğurlayaraq öldürür və öz qurbanlarını hissə-hissə yeyirdilər.

İlkin informasiyaya görə, ər-arvad 30 nəfərin qətlinə görə cinayət işinə cəlb oluna bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm