Kriminal dünyanın YENİ KRALI - Azərbaycanlılar niyə MƏĞLUB OLDULAR? - DETALLAR
Bizi izləyin

Cinayət dünyası

Kriminal dünyanın YENİ KRALI - Azərbaycanlılar niyə MƏĞLUB OLDULAR? - DETALLAR

Rusiya kriminal dünyası yeni kralını seçdi.

Rusiya kriminal dünyası yeni kralını seçdi.

Publika.az Layf.ru saytına istinadən xəbər verir ki, Rusiya oğru dünyasının yeni kralı “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun (hazırda həbsdədir - red.) ən yaxın silahdaşı, “baş mühasib”, 42 yaşlı gürcü “qanuni oğru” Kaxaber Parpaliyadır (“Kaxa”).

O, seçkiqabağı kampaniyada rəqibləri Yuri Piçuqin (“Piçuq”) və Vasiliy Xristoforovun (“Vasya Xristos”) dəstəyini alıb. Rusiya kriminal dünyasında gərgin seçkiqabağı kampaniya hələ 2017-ci ilin yanvarından - Kalaşovun uzun müddət həbsdə qalması məlum olandan gedirdi. Baş oğru ofisinin top-meneceri postuna iki qruplaşma iddia edirdi - slavyan və Qafqaz. Birincilərə Vasiliy Xristoforov, Yuri Piçuqin, Vladimir Tyurin (Tyurik), Oleq Şişkanov (“Şişkan”) və Aleksey Petrov (“Petrik”) daxil idi.

Zaxari Kalaşov

Komidə fevral ayında mütəşəkkil cinayətkar qruplaşmanın yaradılması haqqında cinayət işi çərçivəsində “Piçuq” saxlanıldı. Beləliklə, o, seçkiqabağı kampaniyadan kənarlaşmış oldu.

Qafqaz qruplaşması da bir neçə yerə bölünmüşdü. Onlar heç vaxt vahid namizəd haqqında razılaşa bilmədilər. Baş oğru taxtına mümkün iddiaçılar arasında hazırda Yunanıstanda olan Laşa Şuşanaşvili (“Laşa Rustavski”), həmçinin onun amansız düşməni Merab Canqveladzenin (“Merab Suxumski”) adı çəkilirdi. Sonuncu hazırda İtaliyadadır. Mümkün variantlar arasında həmçinin “Kaxa”nın və Rusiya kriminal dünyasının öldürülmüş patriarxı Aslan Usoyanın (“Ded Xasan”) bacısı oğlu, avtoritet Dmitri Çanturiyanın (“Miron”) adı hallanırdı.

Yuri Piçuqin

“Laşa Rustavski” və “Merab Suxumski” oğru dünyasında böyük nüfuz və təsirə malikdirlər. Ancaq kriminal dünyasının narahat təsərrüfatını idarə etmək üçün Rusiyada olmaq lazımdır.

“Birinci hələ 2005-ci ildə Rusiya vətəndaşlığından məhrum edilib. İkinci isə, bu yaxınlarda ölkəyə girişə ömürlük qadağa haqqında Rusiyanın Miqrasiya Xidmətindən xəbərdarlıq alıb”, - Layf.ru-ya tədqiqatçılardan biri danışıb.

Nəticədə uzunmüddətli danışıqlardan sonra “Piçuq” və “Vasya Xristos”un dəstəyi ilə “baş mühasib” Kaxaber Parpaliya Rusiya oğru dünyasının kralı oldu. “Kaxa” 1975-ci ildə doğulub və 1999-cu ildə ona Moskvada oğru “tac”ı qoyulub.

Kaxaber Parpaliya

O, ötən vaxt ərzində müxtəlif oğru toplantılarında dəfələrlə saxlanılıb, ancaq həmişə istintaqdan qaçmağa müvəffəq olub. “Kaxa” Kalaşovun yaxın ətrafında olan insan hesab edilir, çünki ümumrusiya kriminal cəmiyyətin xəzinədarıdır. Hətta onların evləri Moskva vilayətinin prestijli Odintsov rayonunda bir-birinə yaxın yerləşir. Layf.ru-nun mənbələrinin sözlərinə görə, Kaxaber “Şakro Molodoy”un tutulmasından sonra faktiki olaraq onun vəzifələrini icra edirdi: regionlardan ödəmələri qəbul edir, kriminal cəmiyyətə nəzarət edir, oğru dünyasında bəzi məsələlərin həllinə müstəqil qərar verirdi. Sonuncu dəfə 2017-ci ilin iyununda Kaxa Moskvada saxlanılmışdı. O, paytaxt restoranlarından birində Novosibirskdən gələn Pavel Brusensevımla kimin Rusiya kriminal dünyasında kral rütbəsinə iddia etdiyini aydınlaşdırırdı.

Ancaq, Kaxanın güclü müxalifəti də var idi. Söhbət Azərbaycan oğru qruplaşmasından gedir. Bu qruplaşmaya 2016-cı ildə Rövşən Canıyevin Türkiyədə öldürülməsindən sonra Nadir Səlifov (“Lotu Quli”) başçılıq edir. O da həmçinin taxta iddia edirdi. Layf.ru yazır ki, ancaq Lotu Qulinin indi başqa qayğıları var: Azərbaycan oğru qruplaşmasında təsir sahələrinin yenidən bölüşdürülməsi başlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm