Cəsədlərə təcavüz edən QƏDDAR CÜTLÜK - DƏHŞƏTLİ FAKTLAR - - FOTOLAR
Bizi izləyin

Cinayət dünyası

Cəsədlərə təcavüz edən QƏDDAR CÜTLÜK - DƏHŞƏTLİ FAKTLAR - - FOTOLAR

Henri Li Lukas Amerika tarixinin ən psixopat seriyalı qatillərindən biri olub. O, 23 avqust 1936-cı ildə Amerikada anadan olub. Onun qatil olmasına səbəb anası olub. Hər şey ilk dəfə pornoulduz olan anasının, atasını onların gözü önündə tikə-tikə doğramasından sonra başlayıb.

Publika.az sizə qandonduran cinayətləri ilə tarixə düşmüş qatil haqqında maraqlı faktları təqdim edir:

Atasının ölümünə qədər dəhşətli hadisələr törədən Henri hələ 13 yaşında ögey qardaşı ilə birlikdə heyvanlara işgəncə verərək təcavüz edirdi. Daha sonra ölmüş heyvanları yaxınlıqdakı meşədə basdıran Henri digər silsilə qatillərdən fərqli olaraq, cinayətlərini tək yox, qardaşı, dostu və sevgilisi ilə birlikdə törədirdi.

Henri atasını öldürdüyü üçün anasından nifrət edirdi. Hətta bir dəfə mübahisə zəminində anası onu elə döymüşdü ki, 3 gün komada qalmışdı.

14 yaşında olarkən 17 yaşlı qıza təcavüz edib bıçaqla gözlərini çıxartmışdı. 1959-cu ildə sərxoş halda anası ilə mübahisə edən Henri intiqam məqsədilə onu bıçaqlayaraq öldürüb, daha sonra cəsədinə təcavüz etmişdi. Polisə ifadəsində cinayətini etiraf etsə də, yaşı az olduğu üçün həbs olunmayıb, müalicə üçün xəstəxanaya göndərilib.

Xəstəxanadan çıxan Henri özünü cəmiyyətə sübut etmək məqsədilə öz xalası qızı ilə evlənir. Daha əvvəl evli olan xalası qızının övladına (ögey qızına) təcavüz etdiyi üçün bu evlilik də uzun çəkmir.

Həyat yoldaşından boşandıqdan sonra ən az özü qədər rəhmsiz psixopat olan Ottis Toll ilə tanış olur. Ottis onu evinə dəvət edərək iki qardaşı qızı ilə cinsi əlaqəyə girməsini istəyir. Henri ilə Ottisin birlikdə törətdiyi ilk cinayət də məhz qardaşı qızlarını öldürmək olur.

Ottisin ən böyük zövqü insan əti yemək idi, öldürdüyü insanları axşam yeməyi üçün hazırlayırdı. Cinayətlərini etiraf edərkən qardaşı qızı Bekkinin sinəsini qızardıb yediyini demişdi. İkilinin ən çox sevdikləri şey isə cəsədlərə təcavüz etmək olub. Onlar ən az 65 nəfərin cəsədinə təcavüz ediblər.

1983-cü ildə cinayətlərini etiraf etməyə qərar verən Henri ümumilikdə 360 nəfəri öldürdüyünü desə də, bəzilərinə görə, o, bunu sadəcə daha az həbs cəzası almaq üçün dediyini düşünür. 360 cinayətdən yalnız 10-a görə hökm almışdır.

Çoxsaylı zorlamalar, qarətlər, qətllər törədən ikilidən Ottis Toll 1996-cı il sentyabrın 15-də Florida həbsxanasında, Lukas isə 2001-ci il mart ayının 13-də ürək tutmasından ölüb.

ABŞ Tarixi indiyə qədər hələ də onun insanlara etdiklərini unuda bilməyib. Əgər Henrinin həyatına daha yaxından baxmaq istəyirsinizsə,1986-cı ildə cinayətkarın həyat hekayəsi əsasında çəkilmiş "Henry: Portrait of a Serial Killer" filminə baxmanızı məsləhət görürəm.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm