Narkotik alverçiləri videoda öz ölümlərini çəkdilər - - VİDEO
Bizi izləyin

Cinayət dünyası

Narkotik alverçiləri videoda öz ölümlərini çəkdilər - - VİDEO

Braziliyada polislər birbaşa yayım zamanı narkotiklərlə ticarətdə şübhəli şəxsləri güllələyiblər.

Publika.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, cinayətkarlar öz avtomobilindən feysbuk vasitəsilə canlı yayım aparırdılar.

Kadrlarda görünür ki, gənc narkotik alverçiləri qrupunun üzvlərindən biri öz yoldaşlarını çəkir. Onlar bir-biri ilə zarafat edir və gülürdülər. Daha sonra atəş səsləri eşidilir və çəkiliş aparan qurğu döşəməyə düşür.

Hadisə Rio-de-Janeyroda narkotik alverçiləri ilə mübarizə üzrə əməliyyat zamanı baş verib. Şübhəlilərin olduğu avtomobil polis helikopterindən güllələnib. “Daily Mail” avtomobildə olanlardan üç nəfərin öldürüldüyünü, daha birinin yaralandığını dəqiqləşdirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm