Günahsız yarım əsr həbsxanada oturdu
Bizi izləyin

Cinayət dünyası

Günahsız yarım əsr həbsxanada oturdu

Günahsız amerikalı təxminən yarım əsr həbsxana həyatı sürüb.

Publika.az xəbər verir ki, bu haqda “The Independent” nəşri bildirib.

Uilbert Cons 1971-ci ildə saxlanılmışdı. 19 yaşlı gənc oğurluqda və tibb bacısını zorlamaqda ittiham edilirdi.

Polisdə şübhəlinin tanınması zamanı tibb bacısı ona təcavüz edən şəxsin Cons olduğunu bildirib. Amma eyni zamanda qeyd edib ki, şübhəlinin səsi Consun səsi ilə müqayisədə daha kobud idi. Bununla belə bu, gənc oğlanın ittiham olunması üçün kifayət qədər əsas verib. O, üç illik məhkəmə prosesindən sonra vaxtından əvvəl azad olunmaması şərti ilə ömürlük həbs cəzasına məhkum edilir.

Cons barədə hökmü ləğv edən hakim onun günahini sübut edən dəlilləri “ən yaxşı halda zəif” adlandırıb. Həmçinin, qeyd edilir ki, tibb bacısının 2008-ci ildə ölən əri Consun azad olunmasına qarşı deyildi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm