Tarixin ən qəddar canisi bu gün öldü - FOTOLAR
Bizi izləyin

Cinayət dünyası

Tarixin ən qəddar canisi bu gün öldü - FOTOLAR

Amerikada silsilə qətllər törədən və “Manson ailəsi” adlı təriqətə başçılıq edən Çarlz Manson 83 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, qatil ən az 9 cinayətin əmrini verdiyi üçün 40 il həbs cəzasına məhkum edilmişdi. O, elə cəza çəkdiyi həbsxanada, öz əcəli ilə ölüb.

Ç.Manson “kariyerası” ərzində məşhur amerikalı rejissor Roman Polanskinin hamilə həyat yoldaşı Şaron Teyt daxil olmaqla, 9 cinayətin əmrini verib. Onun şagirdləri isə 1969-cu ildə irqlər arası müharibə başlatmaq üçün iki gecədə 7 nəfəri bıçaqlayaraq öldürüblər. Bu cinayətlərin qurbanları arasında Şaron Teyt və onun 8,5 aylıq körpəsi ilə yanaşı, 4 dostu da olub. Qatillər cinayəti törətdikdən sonra evlərin qapısına qanla “donuz” sözü yazıblar.

Ç.Manson ilk dəfə 13 yaşında cinayət törədib və əlahiddə islah düşərgəsinə göndərilib. 1967-ci ildə həbsxanadan çıxan Ç.Manson “Hippi” gənclik mədəniyyətinin zirvə nöqtəsini yaşadığı dövrdə öz təriqətini qurub. Daha sonra Los Ancelesə köçən ailə kommuna şəklində yaşamağa başlayıb. “Manson” ailəsində narkotik və qrup seks əsas xüsusiyyətlərdən olub.

Təriqətin başçısı bir müddət sonra xarizması, azğın spiritualizm və ətrafa saçdığı qorxu sayəsində evdən qaçan, tənha qalan və cinayət törədənlərin peyğəmbərinə çevrilib.

ABŞ-da ona nifrət bəsləyənlərlə yanaşı, onu sevən və azad buraxılmasını istəyən müxtəlif fanat klubları da yaranıb.

Qeyd edək ki, silsilə qətllərin əmrlərini verən Çarlz Manson həbsxanada ikən alnına faşistlərin simvolu olan svastikanın döyməsini vurdurmuş və özünü pisliyin metaforu adlandırmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm