"Lotu Quli" beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT - (YENİLƏNDİ)
Bizi izləyin

Cinayət dünyası

"Lotu Quli" beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT - (YENİLƏNDİ)

İstintaqın versiyasına görə, Səlifov Moskvada adam oğurluğu barədə göstəriş verib və ondan hədə-qorxu yolu ilə pul tələb olunmasını təşkil edib. Ona qarşı Cinayət Məcəlləsinin iki maddəsi-126 və 163-cü maddələri ilə qiyabi ittiham irəli sürülüb.

“Perspektiv var ki, Səlifova qarşı daha bir maddə-mütəşəkkil cinayətkar qruplaşma yaradılması maddəsi üzrə ittiham elan ediləcək”-mənbə bildirib. İstintaq Səlifovun barəsində qiyabi həbs qərarı çıxarılması üçün Moskvanın Presnensk rayon məhkəməsinə vəsatət qaldırıb. Vəsatət təmin olunub. O, beynəlxalq axtarışa verilib. Mənbə bildirib ki, “Lotu Quli”yə qarşı bu tədbir onun Rusiyada görünməmiş aktivliyi ilə bağlıdır. Faktiki olaraq o, özünü “bir nömrəli vor zakon” kimi aparır, hər yerə öz adamlarını təyin edir.

Cinayətkar aləm üzrə ixtisaslaşmış “Prime Crime” portalı isə xəbər verir ki, “Lotu Quli” konkret olaraq 2015-ci ilin dekabrında Kamal Quliyev adlı iş adamının oğurlanmasını təşkil etməkdə günahlandırılır. Hansı ki, onun buraxılması üçün 10 milyon avro tələb edilmişdi. Lakin necə olubsa, Kamal Quliyev onu oğurlayan, ancaq “əməlindən peşiman olan” Maqsud Qurbanovla birlikdə qaça bilib. Ehtimal ki, Quliyev sadəcə olaraq Qurbanovu ələ alıb. Daha sonra Qurbanovu əvvəllər törətdiyi qətlə görə həbs ediblər. “Quli”nin azadlığa çıxması ərəfəsində Qurbanov istintaqla sövdələşməyə girib və cəzasının azaldılması əvəzində avtoritetin əleyhinə ifadə verməyə razılaşıb.

Sayt yazır ki, Qurbanov “Lotu Quli”nin əleyhinə ifadə versə də, həmin ifadəsini nə vaxtsa məhkəmədə onun üzünə təkrarlamağa cəsarəti çatmaz. (virtualaz.org)

***

Rusiyada "Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı "qanuni oğru" Nadir Səlifov axtarışa verilib.

"Report" xəbər verir ki, bu barədə "Rosbalt" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, o, oğurluq əməllərində və hədələmək yolu ilə pul qoparmaqda ittiham edilir.

Hüquq-mühafizə orqanlarındakı mənbə "Rosbalt"a bildirib ki, istintaqın versiyasına görə, Nadir Səlifov Moskvada insan oğurluğu və onlardan pul qoparılması ilə bağlı göstəriş verib. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi qaldırılıb və qiyabi təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm