Küçədə "Feysbuk"da canlı yayım edən qadın güllələndi - - VİDEO
Bizi izləyin

Cinayət dünyası

Küçədə "Feysbuk"da canlı yayım edən qadın güllələndi - - VİDEO

ABŞ sakini "Feysbuk" sosial şəbəkəsində canlı yayım edən zaman odlu silah yarası alıb.

“Report” xəbər verir ki, bu barədə WGN-TV telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə yanvarın 2-də 27 yaşlı qadının park edilmiş avtomobilin salonunda olan digər həmcinsi ilə münaqişəsi zamanı baş verib. Mübahisə nəticəsində qızlar bir-birilərini qarşılıqlı olaraq təhqir ediblər, ardınca canlı yayım edən qadın güllə yarası alıb. Silahdan atəş açan qadın hadisə yerindən qaçıb.

Şahidlər əraziyə həkim və polis çağırıblar. Hazırda zərərçəkən xəstəxanadadır, onun həyatı üçün təhlükə yoxdur. Hüquq-mühafizə orqanları şübhəli şəxsin axtarışlarını davam etdirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm