Sərvəti milyardlarla ölçülən azərbaycanlı oğrular - Siyahı
Bizi izləyin

Cinayət dünyası

Sərvəti milyardlarla ölçülən azərbaycanlı oğrular - Siyahı

Ən varlı azərbaycanlılar (bəzi məlumatlara görə, milyarderlər) arasında qanuni oğrular Lotu Quli, Yusif Şamxorski, Diplomat Vaqif, Albert Rıji və Rəşad Gəncinski də var. Onların əsas gəlir mənbələri Rusiya ərazisindədir.

Publika.az xəbər verir ki, bu barədə məlumatı "Sputnik Azərbaycan"a kriminal dairələrə yaxın mənbə Rusiya Daxili İşlər Nazirliyinin rəhbərliyinin bəyanatını şərh edərkən verib.

Bu yaxınlarda Ukrayna Milli Polisi bildirmişdi ki, Lotu Quli adlı qanuni oğru Nadir Səlifovun yerli kriminal dairələr arasında artan nüfuzundan narahatdır. 25 il həbsxanada yatmış Nadir Səlifov Türkiyədə oturaraq ətrafına cinayətkar klan toplamağa başlayıb və paralel olaraq Ukrayna ərazisinə də öz təsirini yayır.

"Onun azadlığa çıxmasından dərhal sonra Ukrayna ərazisində meyvə-tərəvəz bazarında ticarətlə məşğul olan müxtəlif millətlərdən olan (erməni, ukraynalı) şəxslərin oğurlanmasına başlanılıb. Nadir Səlifov çox müasir cinayətkardır, hansı ki, pulu bitkoinlə tələb edir" — deyə Ukrayna Milli Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin özünün Feysbuk səhifəsində yazmışdı.

Ukrayna Daxili İşlər Nazirliyindən sayta verilən məlumata görə, Ukrayna Milli Polisi ölkə ərazisində olan, ölkədə sabitliyin pozulması və kriminogen durumun gərginləşdirilməsi məqsədilə Ukrayna qanunvericiliyini pozan bütün kriminal elementlərlə mübarizə aparacaq. Ukrayna DİN-də də Rusiyanın anoloji qurumunda olduğu kimi "qanuni oğrular"ın siyahısı var. Çünki kriminal avtoritetlər bütün MDB məkanında öz nüfuz dairələrini yaradıblar. Əldə olunan məlumatlara görə, Səlifov hazırda MDB ölkələrindəki bütün göyərti bazarlarını işğal etməyə ciddi şəkildə cəhd göstərir.

Hüquq-mühafizə orqanlarının qara siyahısındakı qanuni oğrular bunlardır: Nadir Səlifov (Lotu Quli), onun qardaşı Namiq Səlifov, Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski), Yunus Nəzərov (Yunus Bakinski), Arif Mehdiyev (Arif Sumqayıtski), Vaqif Süleymanov (Diplomat Vaqif), İlqar Əliyev, Cavid Məmmədov (Dato Ağcabədinski), Taleh Dağlıyev (Tolik Noqinski), Emin Əhmədov (Emin Hacıqabulski), Rafet Əmirov (Rafet Əlibayramlinski), Rəşad İsmayılov (Rəşad Gəncinski), Əli Heydərov (Albert Rıji), Yusif Əliyev (Yusif Şamxorski), Zaur Şipilov (Zaur Naxçıvanski), Ülfət Tağıyev (Rüfət Gəncinski). Onlardan İlqar Əliyev, Taleh Dağlıyev, Emin Əhmədov, Zaur Şipilov, Əli Heydərov və Ülfət Tağıyev hazırda Rusiya həbsxanalarındadırlar.

Yunus Nəzərov hazırda Özbəkistan ərazisində yaşayır. Rafet Əmirov Türkiyədədir, lakin İnterpolun Rusiya Milli Bürosu tərəfindən axtarışdadır. Hazırda Lotu Quli də Türkiyədə yaşayır. Cavid Məmmədov Ukrayna ərazisindədir. Qeyd edək ki, onların bir hissəsi Rusiya vətəndaşlarıdır və çoxdan bu ölkəyə yerləşiblər. Siyahıdakı 51 oğru Rusiya pasportu daşıyan slavyanlar və böyük kapital sahibləridir. Onlardan Sergey Aksyonovun (Aksen İzmaylovski) vəsaiti 2 milyard dollar dəyərində qiymətləndirilir. "Bratskoy" mütəşəkkil cinayətkar qruplaşmanın lideri Vladimir Tyurinin (Tyurik) də vəsaiti 2 milyard dollar civarındadır. Digər oğruların vəsaitləri isə bir neçə on milyon dollar həcmindədir.

Bu gün azərbaycanlı qanuni oğrular arasında ən varlıları (milyarderlər) Lotu Quli, Yusif Şamxorlu, Diplomat Vaqif, Albert Rıji və Rəşad Gəncinskidir. Arif Mehdiyev və Yunus Nəzərova gəlincə, onların titulları olsa da, pulları yoxdur.

Sözügedən qanuni oğruların əsas gəlir mənbələri Rusiya və digər MDB ölkələrinin ərazisindədir. Ona görə də, hüquq-mühafizə orqanlarının bu "yeraltı mədəniyyət"dən biryolluq xilas olacağı az inandırıcıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm