Daha
Dəhşətli zəlzələ gözlənilir. 140 milyondan çox adam öləcək - XƏBƏRDARLIQ
Geofiziklər dəhşətli zəlzələ proqnozlaşdırırlar. Proqnozlara görə, Banqladeşin demək olar ki, bütün əhalisi - 140 milyondan çox insan təbii fəlakətin qurbanı olacaq.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Kolumbiya Universitetinin (ABŞ) apardığı tədqiqatının nəticələri “Nature Geoscience” jurnalında dərc edilib.
Alimlər proqnozlaşdırılan fəlakətin səbəbi kimi Birmanın altındakı Hind-Avstraliya tektonik plitəsinin enməsini göstərirlər. Bu dəhşətli zəlzələyə gətirib çıxaracaq. Tədqiqatın nəticələri göstərir ki, plitələrin enməsi yalnız materikdə deyil, həm də Hind okeanında baş verir.
Ən çox Banqladeş və Hindistanın şərqində yaşayan əhali təhlükədə olacaq. Ehtimal edilir ki, zəlzələnin episentri Banqladeşin paytaxtı Dəkkə şəhəri olacaq.
2004-cü ildə Hind-Avstraliya tektonik plitəsinin enməsi sualtı zəlzələ və sunamini yaradıb. Bir neçə saat ərzində Hindistan, İndoneziya, Tailand və Şri-lankada 230 mindən çox insan həlak olub.
Qeyd edək ki, hazırda Banqladeşdə 168 milyondan çox insan yaşayır.
Ömər Dağlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...