Daha
Bu gün Bakıda 33 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında havanın
dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Temperatur
gecə 20-24°, gündüz 29-34° isti, Bakıda gecə 21-23°, gündüz 31-33°
isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə
sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil
edəcək.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində
- Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23° , Zuğulba,
Mərdəkan, Şüvəlan, Buzovnada 23-24°, Türkan, Hövsan, Şıx və Sahildə
24-25° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında əsasən gecə və
axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı
var.
Temperaturun gecə 18-23°, gündüz 32-37° isti
olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı,
yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 10-15°, gündüz 20-25° isti olacağı
gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və
Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və
axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 18-23°, gündüz 28-33° isti olacağı
gözlənilir.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO