• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

ŞOK: Hər il 372 min insan suda boğulur

  • Daha
  • 18 Noyabr 2014 09:07
  • 476 Baxış
ŞOK: Hər il 372 min insan suda boğulur

Hər il 372 min insan suda boğularaq dünyasını dəyişir.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı hesabatda bildirilir. Məlumata görə, bu halların 90 faizi aşağı və ortagəlirli ölkələrdə qeydə alınır. Boğulanların əksəriyyəti də uşaqlar və gənclərdir.

Hesabatda deyilir ki, ölənlərin yarıdan çoxunu 25 yaşından aşağı gənclər və 5 yaşından aşağı uşaqlar təşkil edir. Oğlanların boğulmaq riski qızlardan 2 dəfə çoxdur.

Ən yüksək göstəricilərə Afrika, Cənub-şərqi Asiya və Qərbi Sakit okeanı regionu malikdir.

Ümumdünya Səhiyyə Təşkilatından doktor Etin Kruqun dediyinə görə, hər günün hər saatında fəlakətlər və ya başqa səbəblərdən 40 adam boğulur: “Bunlar əsasən vannalar, su kanalları, çaylarda boğulan uşaqlar, balıqçılar, qayıqları batan çoxlaylı miqrantlardır”.

Hesabatın müəllifi Devid Meddinqin dediyinə görə, yoxsul ölkələrdə boğulma halları daha yüksək olur. “İnkişaf etmiş ölkələrdə su ilə əlaqə üzmək, istirahət, sərinləmək üçündür. Lakin aşağı gəlirli ölkələrdə insanlar üçün su işlətmələri, bişirmələri, balıqçılıq kimi ailələrini dolandırmaları üçündür”.

Meddinqs son 70-80 il ərzində zəngin ölkələrdə boğulmadan ölüm hallarının kəskin şəkildə azaldığını deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR