• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“İslahatçı Gənclər” gənclərin dostlarını seçdi

  • Daha
  • 31 Dekabr 2014 01:15
  • 439 Baxış
“İslahatçı Gənclər” gənclərin dostlarını seçdi

Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “İslahatçı Gənclər” İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü ilin yekunlarına və “Gənclərin dostu” Milli Mükafatının qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının rəsmiləri, media mənsubları, ictimai təşkilatların rəhbərləri və gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, hər ilin yekununda olduğu kimi, bu il də rəhbərlik etdiyi təşkilat gənclər arasında sorğu keçirərək, “Gənclərin dostu” mükafatının qaliblərini müəyyən edib.

O, deyib ki, “İslahatçı Gənclər” İctimai Birliyi (İGİB) Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərən “Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatının bazasında yaradılıb: “Birlik 2011-ci ildən dövlət qeydiyyatına alınmış şəkildə fəaliyyət göstərir. Birliyin əsas məqsədi ölkəmizdə Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan islahatları dəstəkləmək, gənclərin bu islahatlar prosesinə öz töhvəsini verməsinə yardımçı olmaqdır. İGİB fəaliyyətdə olduğu 8 il ərzində paytaxt Bakı ilə yanaşı, respublikanın 15 rayonunu əhatə edən 10 geniş miqyaslı layihə, 100-dən artıq tədbir və konfrans reallaşdırıb. Hazırda birliyin ətrafında Azərbaycanın 8 universitetini əhatə edən 1200-dən artıq fəal, müxtəlif sahələrdə nümunəvi fəaliyyəti ilə seçilən gənc birləşir”.

Birlik sədri qeyd edib ki, 2014-cü ildə Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihə müsabiqələrində qalib olaraq, müxtəlif mühüm layihələrin icrasını həyata keçirdiyini deyən F.Şahbazlı qeyd edib ki, bu gün Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Cənab Prezident İlham Əliyev tərəfindən olduqca uğurla davam etdirilən dövlət gənclər siyasəti həyata keçirilir: “İslahatçı Gənclər” İctimai Birliyi hər il ənənəvi olaraq gənclərlə iş sahəsində müstəsna xidmətləri olan, gənclərin təklif və təşəbbüslərini dəstəkləyən şəxs və qurumları “Gənclərin Dostu” Milli Mükafatı ilə təltif edir”.

Təşkilat sədri eyni zamanda qeyd edib ki, ötən il olduğu kimi, 2014-cü ildə də Azərbaycan Prezidenti Cənab İlham Əliyev reallaşdırdığı olduqca uğurlu dövlət gənclər siyasətinə, gəncliyimizə göstərdiyi yüksək diqqət və qayğıya görə, “İlin Adamı” adına layiq görülüb: “Bu gün Azərbaycan gəncliyi Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən siyasəti birmənalı şəkildə dəstəkləyir və dövlət başçısını özünün ən böyük himayədarı hesab edir”.

Tədbirdə çıxış edən millət vəkilləri, ziyalılar, səfir, QHT təmsilçiləri “İslahatçı Gənclər” İctimai Birliyinin fəaliyyətindən danışaraq, qurumun ölkənin ən aparıcı və fəal gənclər təşkilatlarından biri olduğunu bildiriblər. Sonda “Gənclərin dostu” Milli Mükafatının qalibləri Fəxri Fərmanla təltif olunublar.

“İslahatçı Gənclər” İctimai Birliyinin 2014-cü il üzrə “Gənclərin Dostu” Milli Mükafatı ilə təltif etdiyi şəxsləri təqdim edirik:

Mehriban Əliyeva- Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO və İSSESKO-nun xoşməramlı səfiri

Əli Abbasov-Rabitə və Yüksək Texnologiyalar naziri

Zakir Həsənov-Müdafiə naziri

Xaləddin İsgəndərov-Binəqədi rayon İcra Hakimiyyətinin başçısı

Nəsib Məhəməliyev-Nəsimi rayon İcra Hakimiyyətinin başçısı

Mahir Quliyev-Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı

Vüsal Quliyev- Prezident Adminstrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdürü

Fəttah Heydərov-Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili

Xalidə Bayramova-Səbail rayon İcra Hakimiyyəti başçısının I müavini

Fərhad Hacıyev-Azərbaycan Gənclər Fondunun icraçı direktoru

Daşqın Şikarov-Azərbaycanın Pakistandakı səfiri

Həsən Məmmədzadə-Azərbaycanın Litvadakı səfiri

Həsən Zeynalov-Azərbaycanın İstanbuldakı Baş konsulu

Müşfiq Əmirov-Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müşaviri

Aydın Mirzəzadə-Milli Məclisin deputatı

Azay Quliyev-Milli Məclisin deputatı

Elton Məmmədov-Milli Məclisin deputatı

Qənirə Paşayeva-Milli Məclisin deputatı

Ülvi Quliyev-Milli Məclisin deputatı

Jalə Əliyeva-Milli Məclisin deputatı

Adil Əliyev-Milli Məclisin deputatı

Hacı Salayev-Milli Məclisin deputatı

Kamilə Əliyeva-Milli Məclisin deputatı

Mahir Aslanov-Milli Məclisin deputatı

Azər Badamov-Milli Məclisin deputatı

Elman Məmmmədov- Milli Məclisin deputatı

Rövşən Rzayev-Milli Məclisin deputatı

Tahir Rzayev- Milli Məclisin deputatı

Leyla Abdullayeva- Milli Məclisin deputatı

Çingiz Qənizadə-Milli Məclisin deputatı

Zahid Oruc-Milli Məclisin deputatı

Musa Qasımlı-Milli Məclisin deputatı

Azad Azərbaycan Televiziyası-ATV Xəbər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR